ZİRVƏ hazırlıq kursları barədə qurumun www.zirve.edu.az saytına daxil olaraq bəzi məlumatlara nəzər salırıq.
Çoxları elə bilir ki, Zirvə hazırlıq kursu ancaq şagirdləri ali məktəblərə hazırlayır. Amma qurumun saytında qeyd olunur ki, burada Abituriyent hazırlığı, Məktəbəqədər hazırlıq, Təkmilləşdirmə, MİQ hazırlığı, Magistr hazırlığı, Xarici dil hazırlığı, YÖS hazırlığı, Liseylərə hazırlıq, Kompüter hazırığı kursları fəaliyyət göstərir. Yəni söhbət adi bir hazırlıq kurslarından getmir. Üstəlik Zirvə kursunun az qala hər qəsəbədə, Bakıda, Sumqayıtda, Tovuzda və başqa bölgələrdə filialları fəaliyyət göstərir.
Yəqin oxucuda aydın təsəvvür yarandı ki, ZİRVƏ kursu dövlətimizin bütün ərazisində öz təhsil şəbəkəsini qurub. Zirvə Kurslarının Təsisçisi- Direktoru isə Rahib İmrahimovdur. Biz heç kimin fəaliyyətinə kölgə salmaq fikrində deyilik. Amma qardaş Türkiyədə baş verənlər bizi gənc dövlət olaraq həmişə düşündürməlidir. Amerikada oturub böyük bir casus şəbəkəsi quran Fətullah Gülən də ilk işlərini təhsil sahəsindən başlamışdır. Və Fətullah Gülən deyirdi ki, mən Türkiyədə kasıb balalarına sahib çıxacam, onların yüksək təhsil almasına dəstək olacam. Bizi qınamayın, eyni fikirlərə ZİRVƏ kurslarının saytında da rast gəlirik. “Zirvə Kursları "Ürəklər gülsün" layihəsinə qoşulub, aztəminatlı ailələrin övladlarına təmənnasız dərs keçir və s... İstər-istəməz eyni dəst-xətt yada düşür... Bir daha təkrar edirik ki, bizim kiminsə fəaliyyətinə kölgə salmaq fikirimiz yoxdur, bizi bu məsələdə dövlətimizin gələcəyi düşündürür... Və heç kimə sirr deyil ki, FETÖ layihəsi Azərbaycanda az qala təhsil sahəsinin bütün orqanlarına yerimişdi... neçə-neçə ali məktəbdə FETÖ-nün nümayəndələri fəaliyyət göstərir.
Biz əsas mövzudan kənara çıxmaq istəmirik, amma yazmağa məcburuq ki, FETÖ-nün nümayəndələri təkcə təhsil müəssisələrində deyil, nazirliklərdə, komitələrdə mövcuddur. Bir zamanlar, Kənd Təsərrüfatı Nazirliyində kimlərin FETÖ-yə qulluq etməsindən də danışılırdı. Yəni ZİRVƏ kurslarının nümayəndələri elə bilməsin ki, məqsədimiz ZİRVƏ ilə bağlıdır. Bu çox geniş mövzudur. Və bu məsələdə çox ayıq-sayıq olmalıyıq.
Unutmayaq ki, Səmərqənddə Türk dövlətlərinin keçirilən Zirvə Görüşündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkəyə açıq təhdid hesab olunan FETÖ terror təşkilatı ilə mübarizədə digər türk dövlətlərinin də dəstəyinə ümid etdiyini bildirib. Və biz də bir Azərbaycan dövləti olaraq Türkiyəyə VƏFA BORCUMUZU verməliyik.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, ZİRVƏ kurslarının təsisçisi və direktoru Rahib İmrahimov baldızı Rita xanımı və digər yaxın qohumlarını, dostlarını quruma işə qəbul edərək, sanki ailə şirkəti, ailə məktəbi yaradıblar.
Yuxarıda qeyd etdiyimiz kimi bu “AİLƏ MƏKTƏBİ”nin nümayəndələri yaşadıqları ərazidə yeniyetmələri, gəncləri başlarına yığıb dini mövzularda təlimlər keçirlər, kimlərisə təbliğ edirlər, onları məktəblərə pulsuz hazırlaşdırırlar...
Bir sözlə, əsl FETÖ metodları... Biz ZİRVƏ rəhbərliyinin özəl həyatına qarışmırıq, Kürdəmir yolunda həyat yoldaşı Humay xanımla avtoqəza keçirib salamat qalmalarından və s bəhs etmirik. Bizi ancaq dövlətimizin gələcəyi maraqlandırır. Məlumdur ki, son vaxtıar hüquq-mühafizə orqanlarımız ölkəmizdəki FETÖ-çulara qarşı ciddi əməliyyatlar keçirib. Biz demirik ki, ZİRVƏ kurslarının rəhbərli Rahib İmrahimov FETÖ-çudur, amma bizə elə gəlir ki, ZİRVƏ kursları da ciddi nəzarətə götürülməli və orada yoxlamalar aparılmalıdır. //gundelik-baku.com//