Axtarış...

Türkiyənin şübhəli dairələrinin AZƏRBAYCAN BANKÇILIĞI... - İTTİHAM

Türkiyənin şübhəli dairələrinin AZƏRBAYCAN BANKÇILIĞI... - İTTİHAM

Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin məsələsinə keçməzdən öncə, görək Avni bəyin heyran olduğu Fətullah Gülən kimdir.
Fətullah Gülən ilk öncə məktəbləri ələ keçirmək, özünə lazım olan kadrları hazırlamaq istəyirdi. Və buna xeyli nail olmuşdu. Fətullahın növbəti planı müxtəlif dövlətlərdə idarəetməyə öz “kadrları”nı gətirmək idi.
Məsələn, Azərbaycanda bu istiqamətdə xeyli işlər görmüşdü FETÖ.
Məsələn, Prezident Aparatında çalışan xeyli cavanın Fətullah əfəndiyə yazdığı məktublar mediamızda nümayiş edildi. Hətta Prezidentin sabiq köçəkçisi Əli Həsənovun Fətullah Gülənlə sıcaq münasibətləri ortaya çıxdı. Məsələn, Əli Həsənova məxsus olan Xəzər TV-nin Fətullaha necə bağlı olduğunu göz önünə gətirin.
Bu məsələyə birazdan qayıdarıq.
Fətullah Gülənin əsas məqsədlərindən biri də müxtəlif ölkələrdə özünün banklarını yaratmaq idi. Niyə ?
Məşhurlardan biri əbəs yerə demir ki, dünyanı banklar vasitəsilə mafiya idarə edir.
Fətullah Gülən özü də bir mafiya idi. Və maraqlarına uyğun olaraq ölkəmizdə də banklar yaratmaq onun əsas planlarından biri idi.
Belə banklardan biri də “Ziraat Bank”dır.
Məlumat üçün qeyd edək ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Bankın “patron”u Avni Dəmirçi onu bu vəzifəyə gətirən FETÖ-ya olan simpatiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta Avni Dəmirçi Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini Bakıda az qala toy-bayram kimi qeyd etmişdir. Bu adam hətta o qədər həddini aşıb ki, Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirləri də saymır və iştirak etmir. Ancaq Sumqayıt şəhərində saqqallıların tədbirlərinə ürəklə qatılır, dəstək verir.
FETÖ-çular hətta Qarabağ azad ediləndən sonra Şuşada filial açmaq istəyirdilər. Görünür Fətullah Gülən indi də təsirini Şuşaya qədər yaymaq istəyirdi. Hətta Avni Dəmirçi öz dilindən deyirdi ki, “Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq”.
Əlbəttə, 44 günlük savaşda Qardaş Türkiyənin Azərbaycana dəstəyi unudulan deyil. Və cənab Prezidentimiz İlham Əliyev də deyir ki, azad olunmuş torpaqlarda qardaş Türkiyənin görəcəyi işlər çoxdur, türk şirkətləri və bankları bu məsələdə kənarda qala bilməzlər. Amma…
Həmişə erməniyə dəstək verən və bizim əleyhimizə olan ABŞ-ın qanadının altına sığınan Fətullah Gülənə bağlı olan bank Şuşada necə fəaliyyət göstərə bilər ?
Ümumiyyətlə, bu tip bankların əsas işi çirkli pulların leqallaşdırılması, ofşor zonalara külli miqdarda valyuta köçürmək və milyonlar qazanmaqdır. Və vergidən yayınaraq Azərbaycan dövlətinə ziyan vurmaq .
Bir neçə il əvvəl “Ziraat Bank” kimi başqa bir bank da fəaliyyət göstərirdi. İranın “Royal” bankını deyirik.
Aqibətləri necə oldu ?
Lisenziyaları ləğv edildi, vergidən yayınmağa görə cinayət işi açıldı. Düzdür, bankın sahibi Əli Cam bir müddət xarici ölkələrdə gizlənə bildi. Amma sonda ölkəyə gətirilərək cəzasını aldı.
Əslində Avni Dəmirçini də eyni aqibət gözləyir.
Bir müddət əvvəl Avni Dəmirçi izi itirmək üçün özü İdarə Heyətindən uzaqlaşaraq bankı kənardan idarə edir.
Hətta redaksiyamıza daxil olan məlumata görə, Avni Dəmirçinin ölkədən qaçmaması üçün ona STOP qoyulub.
Nə isə gəldiyimiz qənaət odur ki, enində-sonunda Avni Dəmirçini də Əli Camın aqibəti gözləyir.
Sonda onu da qeyd edək ki, Avni Dəmirçi ilə Əli Həsənovun biznes əlaqələri ciddi araşdırılmalıdır.
Amma bizi düşündürən odur ki, bu boyda işlərdən sonra Ziraat Bank-ın lisenziyası niyə ləğv olunmur ? //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz