Axtarış...

Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR

Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR

"Şabranın Füzuli küçəsinin sakinləri küçələrinin həddindən artıq bərbad olmasından giley edirlər. Hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülsə də illərdir nə köhnə icra hakimləri,nə də indiki icra başçısı Novruz Novruzovun vaxtında bu yola asfalt çəkilməyib və çəkilmir". Bu ifadələr DİA.AZ-a daxil olan məqalədə yer alıb. Daha sonra müəllif yazır:

"Ümumiyyətlə Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. “Stansiya”ya-Şabran Dəmiryolu vağzalı yaxın Füzuli və Nizami küçələri normal adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz və yeknəsaq mənzərələri xatırladır.Bu baxımdan müharibədən kino çəkmək istəyən kinostudiya təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə tam uğurla Şabranın bu hissəsini seçə bilər.Nizami küçəsində baxımsız,atılmış köhnədən qalma,xarabalığı xatırladan dağılımış tikililər yetərincədir. Nizami küçəsi boyu ətraf zibil,antisanitariya şəratindədirNizami küçəsində yolun kənarında yığılıb qalmış zibil yığnaqlarını yığırlarsa belə bunu çox nadir hallarda edirlər.Zibil yeşikləri isə ümumiyyətlə yoxdur.

Adam bilməsə ki hardadır,buranı Somalinin,Hindistanın küçəsi bilər.Ətrafda isə kifayət qədər əhali yaşayır.Aydındir bu cür zibilxanalar müxtəlif xəstəlik mənbəyidir.

Şabranın bu hissəsində abad, göz oxşayan heç nə yoxdur.

Adi elementar aptek nədir, o da rayonun bu hissəsində tək-tükdür. Rayonda ictimai nəqliyyat da problemdir,günortadan sonra əksər marşrutlar işləmir və sakinlər bundan çox əziyyət çəkirlər.Şəhəriçi nəqliyyat da çox zəif işləyir,çəmi 2-3 dənə 2 nömrə marşrut işləyir ki,o da əhalinin nəqliyyat tələbatını ödəmir,çünki həm ona görə ki,bu marşrut sınıq-salxaq kiçik tutumlu mikroavtobuslardan ibarətdir,həm də günortodan sonra işləmirlər deyə şabranlılar məcbur olub ya piyada evlərinə gedirlər,ya da artıq xərc çəkib taksidən istifadə etmək məcburiyyətində qalırlar.

Füzuli küçəsinin sakinləri yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan,qışda isə palçıqdan əziyyət çəkirlər. Səngəri xatırladan küçədə yaşayan sakinlər payızda,qışda yağışlar yağanda bu küçələr təmir olunmadığından buradan keçmək lap müşkülə çevrilir.Hətta taksi sürücüləri Füzuli küşəsinin lap bərbad-kələ-kötür olduğundan bura gəlmək belə istəmirlər.Sakinlər neçə illərdir bu küçədə yolsuzluqdan əziyyət çəkirlər ,amma bu küçəyə asfalt çəkilmirki çəkilmir. Dahi ədiblərin Nizaminin və Füzulinin adını daşıyan küçələr də icra hakimiyyətinin vətəndaşların probleminə necə yanaşmasını bariz şəkildə göstərir.Bu küçələrin vəziyyəti qətiyyən dahi şairlərin adına yaraşmır.

Doğurdanmı Şabranda ən böyük küçələrdən biri olan,xeyli sakin yaşayan Füzuli küçəsinə asfalt çəkmək bu qədər çətin məsələdir?! Axı küçələrin təmiri,abadlaşması üçün dəfələrlə milyonlarla pul ayrılıb. Amma icra başçısı təkcə Heydər Əliyev prospektini düzəltməklə işini bitmiş hesab edir. Ümumiyyətlə son 20 ildə Şabranda digər rayonlardan fərqli olaraq demək olar ki,heç bir inkişaf getməyib və Şabran bəlkə də sosial-iqtisadi vəziyyəti ən pis olan Azərbaycanın şimal-şərq rayonları arasında rayondur. Qaranlıq düşən kimi rayonda həyat sönür. Şəhərin yalnız bazara yaxın olan mərkəzi hissəsində bir balaca həyat əlamətləri bilinir və o əraziyə bir balaca əl gəzdirilib.Rayonun qalan hissəsi sivilizasiyadan uzaq bir məkanı xatırladır. Ümumiyyətlə maraqlıdır ki, Şabrandan kifayət qədər şikayət olsa da, yerli icra hakimiyyəti adətən heç bir tədbir görür.

Ola bilsin sənəddə Füzuli küşəsi bəlkə də dəfələrlə təmir “olunub”, amma reallıqda şəkillərdə gördüyünüz kimidir".

Dia.az olaraq bütün ittiham olunan tərəfləri dinləməyə hazırıq...Dia.az
Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR
Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR
Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR
Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR
Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR
Gül kimi Şabran necə xaraba günə qaldı... - FOTOLAR
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz