Axtarış...

Milli Qəhrəmanımızın məzarının acınacaqlı DURUMDA - FOTOFAKT

Milli Qəhrəmanımızın məzarının acınacaqlı DURUMDA - FOTOFAKT

Moderator.az redaksiyasına fəal oxucularımızdan biri- Laçın rayonundan məcburi köçkün Yusif Şamiloğlunun müraciəti daxil olub. Müraciətdə Milli Qəhrəman Salatın Əsgərovanın məzarının bərbad vəziyyətdə olmasından bəhs edilir.

“Hörmətli Moderator.az redaksiyası! Salatın Əsgərova mənim üçün igid və cəsarətli qəhrəman xanımımızdı. Kişi qeyrətli!.. Mütəmadi olaraq Salatın xanım haqqında paylaşım edirəm. Siz də bu qəhrəmanımız barəsində tez-tez yazılar verirsiz. Buna görə bir vətəndaş olaraq redaksiya rəhbərliyinə təşəkkür edirəm...

Bu yaxınlarda Bakıdakı Şəhidlər Xiyabanını ziyarət etdim. Salatın xanımın da mübarək məzarına baş çəkdim... Azərbaycanın paytaxtında, şəhərin mərkəzində, dövlət qurumlarına yaxın bir məkanda Qəhrəmanımızın məzarının baxımsız qalması gerçəkdən də çox acıdır. Bu, ürəyimi ağrıtdı...

Bu barədə sosial şəbəkədə paylaşım etdim, bir neçə səhifə də paylaşdı. Ancaq məzarın baxımsız olmasını daha da ictimailəşdirək lazımdır ki, bəlkə əlaqədar qurumlar nəticə çıxarıb tədbir görə...”


Daha çox xəbər

Şərh yaz