Axtarış...

Əmrullayevin işlərindən özü də baş açmır... - DƏLİXANADIR, VALLAH...

Əmrullayevin işlərindən özü də baş açmır... - DƏLİXANADIR, VALLAH...

"Əvvəlcə "Təbrik edirik! Övladınız İbrahimli Aylin Emil qızı müsabiqədən uğurla keçdi. Məktəb seçimi ilə bağlı əlavə məlumat veriləcəkdir", deyilsə də, daha sonra Aylinin müsabiqədə uğursuz nəticə göstərməsinə dair mesaj daxil olub"

Bu gün Hurriyyet.az-a müraciət edən Aylin Emil qızı İbrahimlinin valideyni bildirib ki, övladı 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci sinifinə şagird qəbulu üzrə müsabiqədən uğurla keçsə də, daha sonra ciddi problemlə üzləşib.

Belə ki, Aylin İbrahimlinin valideyninin iddiasına görə, övladı 06.06.2023-cü il tarixdə Binəqədi rayonunda yerləşən 276 saylı tam orta məktəbdə 1-ci sinifi rus dili bölməsində təhsilə başlaması üçün müsabiqədə iştirak edib və uğurlu nəticə göstərib, lakin sonradan onlara bunun əksi bildirilib: "Aylin qeyd etdiyim tarixdə müsabiqəyə qatılıb və 07.06.2023-cü il tarixdə saat 14:57-də imtahanın nəticəsi 070-602-66-11 nömrəsinə göndərilib. Və orada "Təbrik edirik! Övladınız İbrahimli Aylin Emil qızı müsabiqədən uğurla keçdi. Məktəb seçimi ilə bağlı əlavə məlumat veriləcəkdir", deyə bildirib. Lakin həmin gün saat 16:04-də isə Aylinin müsabiqədə uğursuz nəticə göstərməsinə dair mesaj daxil olub. İndi 5 yaşlı körpə, həmçinin biz çıxılmaz vəziyyətdə qalmışıq. Axı, bu necə ola bilər ki, əvvəlcə Aylinin müsabiqədən keçdiyi, qısa müddət sonra isə keçmədiyi qeyd olunur?.."

Aylin İbrahimlinin valideyni bunun ədalətsizlik olduğunu və haqqlarının bərpası üçün Elm və Təhsil Nazirliyinə, o cümlədn məhkəməyə müraciət etdiklərini də vurğulayıb. Məsələ ilə bağlı təhsil ekspertlərinin mövqeyini öyrənmək mümkün olmasa da, ümid edirik ki, nazirlik yaranmış problemi tezliklə aradan qaldıracaq və Aylin İbrahimlinin təhsil hüququ bərpa olunacaq.

Hurriyyet.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz