Göyçay RİH-nin binasını ibtidai sinif müəlliminin şirkəti təmir edəcək - ÖZ ƏLİMİZ... ÖZ BAŞIMIZ...
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında təmir işləri aparılacaq.
Millitv.az qaynarinfo-ya istinadla xəbər verir ki, qurum bununla bağlı kotirovka sorğusu keçirib. Sorğunun qalibi "Göyçay İnşaat” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 7.694,19 AZN təşkil edir.
Müqavilənin şərtlərindən məlum olur ki, təmir işləri divarın köpəşmiş yerlərinin qaşınıb götürülməsi, ona "zamaska”, emulsiya vurulması və tavanın emulyasiya boyanmasından ibarətdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Göyçay İnşaat” MMC 2 iyul 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay şəhəri, R.İsayev küçəsi, ev 97-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qafurova Günel Şiralı qızıdır.
Açıq mənbələrdə şirkət barəsində heç bir məlumat yoxdur. Günel Qafurovanın adına isə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrində rast gəlinir.
Yekun nəticələrdən aydın olur ki, Günel Qafurova Cəyirli kənd orta məkətəbində ibtidai sinif müəllimi kimi işə qəbul olunub.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlara diqqət yetirdikdə "Göyçay İnşaat” MMC-nin satınalma müsabiqələrində o qədər fəal olmadığı aydın olur.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdir. O, 2022-ci ildə bu vəzifədədir.