Axtarış...

İcra Hakimiyyətinin 2 manatlıq şirkətlə 300 minlik “qaloş-xəkəndaz” əməliyyatı - BU DA FAKT!!!

İcra Hakimiyyətinin 2 manatlıq şirkətlə 300 minlik “qaloş-xəkəndaz” əməliyyatı - BU DA FAKT!!!


Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Qara Qaya” MMC ilə üç satınalma müqaviləsi imzalayıb.

Millitv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri maliyyə dəyəri 160 032.31 AZN təşkil edən müqavilədə mənzil fondunun təmiri ilə əlaqədar mal-materialların satın alınması, maliyyə dəyəri 62 440.41 AZN təşkil edən müqavilədə abadlaşdırma işləri ilə əlaqədar mal-materialların satın alınması və maliyyə dəyəri 68 869.52 AZN təşkil edən müqavilədə isə abadlaşdırma xidmətləri ilə əlaqədar yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Şirkətin 16 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Aydın Əliyarovun haqqında da heç bir məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı bəlli olub ki, şirkət əsasən inşaat materialları və geyim satışı ilə məşğuldur. Qaradağ MKTİB-nin bağladığı müqavilələrin şərtləri də bu faktı təsdiq edir.

Yeri gəlmişkən, MKTİB ilə bağlanan160 032 manatlıq müqavilədə azbes şifer, şuşərüberoid, emulsiya, taxta, M-300 markalı sement, yapışqanlı sement, qum, üzlük daş (aqlay, 3sm), mastika bitum, şüşə, taxta mıxı, dəmir qapı və şifer mıxının, 62 440 manatlıq müqavilədə bel (ucu iti), bel çalov (böyük), dırmıx (sapı ilə birgə), vedrə (dəmir, 8lt), xəkandaz (dəmir, sapı ilə), süpürüntü üçün əl arabası və küçə süpürgəsinin, 68 minlik müqavilədə isə 419 cüt qaloş, 6000 cüt əlcək, 500 ədəd fəhlə xalatı, botinka və digər geyimlərin satın alınması nəzərdə tutulur.

Maraqlıdır ki, şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi olur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz