İnşaat sektorunun iki aparıcı şirkəti olan "Mətanət-A” ilə "AS İnşaat” MMC arasında qalmaqal yarşanır.
İş böyüyüb və "Mətanət-A” şirkəti məhkəməyə müraciət etməli olub.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı mübahisələrindən ibarətdir.
"Mətanət-A” şirkəti 10 yanvar 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 188 470.74 AZN olan şirkətin qanuni təmsilçisi Əliyeva Solmaz İntiqam qızıdır. Solmaz Əliyevadan əvvəl isə şirkətin qanuni təmsilçisi Yakup Çimen olub.
"Mətanət-A”nın sahibi isə iş adamı Elxan Bəşirovdur. O, həm də şirkətin Müşahidə Şurasının sədridir. Şirkət sement və gips əsaslı məhsulların istehsalı ilə məşğuldur.
"AS İnşaat” MMC-yə gəlincə, 16 may 2003-cü ildə qeydiyyatdan keçib. Nizamnamə 100 120 AZN təşkil edən şirkətin qanuni təmsilçisi Bağırlı Azad Ramiz oğludur.
"AS İnşaat” MMC "AS Goup” şirkətlər qrupuna daxildir. "AS Group”un təsisçisi isə Şahin Mövsümovdur. İddialara görə, o, Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.
"AS İnşaat” MMC inşaat şirkətidir və daha çox dövlət sifarişli layihələri icra edir.Qaynarinfo