“Abonentlərin təxmini 11 faizində sayğac yoxdur”.
Bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, hazırda təxmini 40 minə yaxın bağ evi var ki, sudan istifadəyə görə cəmi 3 manat 50 qəpik ödəniş edir:
“2023-cü ilin sonuna qədər həmin ünvanlarda 100-ə yaxın su sayğacı quraşdırılacaq.
Ən çox həyət evləri, bağ evləri ilə bağlı problem var. Bostan, bağ becərirlər, sudan istifadə edirlər, amma ödəniş etmirlər. Türkan və Zirə qəsəbələri qanunsuz su istifadəsi ilə bağlı ən böyük problem olan yerlərdir.
Artıq suya yanaşma dəyişməlidir. “Allahın suyudur”, “su qiymətinə” deyimləri belə dəyişməlidir. Mən “Azərsu”ya gələnə qədər suyu açıq qoyurdum. Amma indi bilirəm ki, bu su Bakıya necə əziyyətlə gətirilir. Sudan istifadə zamanı bunu nəzərə almaq lazımdır”.