Axtarış...

Dövlətin boynuna qoyub getdiyi 7 milyard 303 milyon manatı, Abşeron rayon Mehdiabad Gənclər şəhərciyindəki məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin isti suyunu Qorxmaz Hüseynovdan geri alın!

Dövlətin boynuna qoyub getdiyi 7 milyard 303 milyon manatı, Abşeron rayon Mehdiabad Gənclər şəhərciyindəki məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin isti suyunu Qorxmaz Hüseynovdan geri alın!

Teref.az xəbər verir ki, 2009-cu ildən istifadəyə verilən Abşeron rayon Mehdiabad Gənclər şəhərciyində məcburi köçkünlər şəhid ailələri, qazilər yaşayır. Çox az sayda ipoteka və nağd pulla ev alıb yaşayanlar var
Qeyd edim ki, şəhərciyə qaz xətti çəlilib, amma bu günə qədər qaz verilməyib, evlərdə 1950- ci illərdə dəbdə olan "qaz balonları"ndan istifadə edirlər. BU BİR DƏRD
İKİNCİ DƏRD
Sakinlər ölkədə qiyməti 1 fevraldan iki dəfə bahalaşmışı içməli sudan əlavə isti sudan da il uzunu istifadə edirdi. Adambaşına təxminən 5 manatdan ödəmə vardı. Aprel ayından bütün binalarda həmin isti sular kəsildi. Bəhanə də bu oldu ki, borcunuz var... Kasıbçılığın, imkansızlığın çətin dövründə sakinlər ərzaqlarından, gündəlik tələbatlarından, geyimlərindən kəsib Ariston alıb isti suya olan tələbatını ödədilər.
Əhalinin yay ayında suya olan ehtiyacını anlamaq cətin deyil. Eyni zamanda "ceyran belində" olan su və elektrik tariflərinə baxanda işsizlərin, imkansızların, xəstələrin, qocaların halını da yəqin ki, təsəvvürünüzə gətirə bilirsiniz. Tutaq ki, az sayda sakinin köçkünün, şəhid ailəsinin, qazinin 20 yaxud 30 manat arası su borcu var. Bunu səbəb göstərib 4 aydı o boyda şəhərciyin isti suyunu kəsməzlər axı.. Bu təcrübə Azərbaycandan başqa hansı ölkədə var?
3-CÜ ƏN BÖYÜK DƏRD-BƏLA
"Azərsu” ASC maliyyə hesabatı verib. Hesabatda qeyd edilib ki, 2020-ci ili 323,222 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 45,45% azdır. Amma son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 4,6% artaraq 7 milyard 303 milyon manatı keçib.
Sual olunur: 16 fevral 2011 -ci ildən 4 may 2021-ci ilə qədər Azərsu ASC-nin sədri olmuş Qorxmaz Hüseynov dövlətin boynuna yüklədiyi 7 milyard 303 milyon manatı geri ödəməyəcəkmi?
Mediaya istinadən deyirəm,sabiq sədrə məxsus Bakının Türkan qəsəbəsində-Xəzərin sahilində yerləşən villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman, iri hovuz, xeyli sayda zeytun ağacları və futbol meydançası var. Qorxmaz Hüseynovun Nərimanov rayonunda da belə bir villasının olduğu bildirilir. “Azərsu” sədri hər iki villasında Yaponiyadan gətirdiyi itləri saxlayır, hətta onları öyrətmək üçün müəllim də tutub.
Həm dövlətin boynuna qoyub getdiyi 7 milyard 303 milyon manatı, həm də Abşeron rayon Mehdiabad Gənclər şəhərciyindəki məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin isti suyunu Qorxmaz Hüseynovdan geri alın!
Əntiqə Rəşid
Teref.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz