44 saylı Şəhər Poliklinikasında PULYIĞIMI... - "Məsələni böyütmək lazım deyil..."
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
44 saylı Şəhər Poliklinikasının Baş tibb bacısı Aygün Qarayevanın səs yazısı Abzas Media-ya göndərilib. O, keçmiş prezident Heydər Əliyevin yubileyi ilə əlaqədar tibb işçilərindən pul istəyir.
“Heydər Əliyevin yubileyi ilə əlaqədar olaraq divarda şəkillər asılacaq, onu sifariş veriblər. Tibb bacıları 10 manatdan, sanitar işçilər 5 manatdan, həkimlər də 20 manatdan gətirsinlər” – A.Qarayeva səs yazısında deyib.
Tibb bacısı Abzas Media-ya bildirib ki, bu məsələni böyütmək lazım deyil:
“Mən sizdən çox xahiş edirəm... Necə lazımdır, nə təhər lazımdır həll edək məsələni. Belə böyütmək lazım deyil”. //Abzas Media//