Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.
Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.
3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.
***
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında xeyriyyə oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.
Matçı FIFA referisi Tural Qurbanov idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
"Report"