“Beşiktaş” ciddi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, İstanbul klubunun futbolçusu Dorukan Toköz zədələnib.
Türkiyə Superliqasının 7-ci turunun “Alanyaspor”la oyununda (2:0) diz bağları qopan 23 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq. Klubun rəsmi saytı futbolçunun 4 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.