Axtarış...

Hökumətimiz əli milyardlarla oynayan AZAL-a görə milyard yarım borca girir... - AXI NİYƏ?!

Hökumətimiz əli milyardlarla oynayan AZAL-a görə milyard yarım borca girir... - AXI NİYƏ?!

Azərbaycan Hava Yolları (AZAL) QSC A320neo və A321neo daxil olmaqla 12 təyyarə almaq üçün Airbus şirkətinə sifariş verib. Bununla bağlı müqavilə bu günlərdə Bakıda keçirilən mərasimdə imzalanıb. Airbusun açıqlamasına görə, son nəsil A320neo Ailəsi təyyarələri ən müasir və yanacaq sərfəli təyyarələri idarə etmək, əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq, eyni zamanda bütün donanmada sərnişinlərə əla rahatlıq təqdim etmək üçün şirkətin donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərrik seçimi aviaşirkət tərəfindən sonrakı mərhələdə elan ediləcək.

Millitv.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, AZAL birinci vitse-prezidenti Samir Rzayev bildirib ki, onlar təyyarə parkının modernləşdirilməsi proqramı üzrə Airbus ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməkdən məmnundur və ikitərəfli tərəfdaşlığı gücləndirmək niyyətindədir:

“İmzalanan müqavilə sərnişinlərimizi ən müasir və komfortlu təyyarələrlə təmin edəcək”.

İqtisadçı alim Qubad İbadoğlu isə Azərbaycanın aldığı yeni təyyarələrlə bağlı fikirlərini yazıb:

Airbusun A320neo təyyarələrinin qiyməti 110 milyon dollar, A321neo təyyarələrinin qiyməti isə 130 milyon dollardan çoxdur. Bu o deməkdir ki, alınan 12 təyyarəyə görə, 1,3-1,5 milyard dollar ödəniləcək. Təyyarələrin alınması lizinq əməliyyatları üzrə dövlət zəmanəti ilə aparılacaq. Bu o deməkdir ki, yenə də AZAL-a görə Azərbaycan höküməti üzərinə əlavə borc öhdəliyi götürəcək. Bütün bunlara baxmayaraq AZAL-ın nə xidmətinin qiymətində, nə də keyfiyyətində dəyişiklik gözlənilmir.

Onu da qeyd edim ki, Airbus şirkəti Fransa, Alman və İspaniya dövlətinə və digər səhmdarlara məxsusdur. Odur ki, Fransa ilə iqtisadi əməkdaşlığın inkişafı yalnız bu sahədə müşahidə olunmur. Belə ki, bu ilin 2 ayında Fransa idxalda Azərbaycanın Rusiya, Türkiyə və Çindən sonra əsas ticarət mütəffiqi olub. 2 ay ərzində Azərbaycan Fransadan 202 milyon 886 min dollardan çox məhsul idxal edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz