Axtarış...

Xalq artistinin adından həqiqətə uyğun olmayan paylaşım edən restoran sahibinin kimliyi bəlli oldu - ÖZƏL

Xalq artistinin adından həqiqətə uyğun olmayan paylaşım edən restoran sahibinin kimliyi bəlli oldu - ÖZƏL

Bəzi restoranlar müştərinin diqqətin cəlb etmək üçün fərqli dələduzluq yolu tapıblar, artıq bu restoranlarda adi hala çevirilib, restoranlar öncədən vaxt təyin edərək həmin tarixdə guya şou-proqram təşkil edəcəklər, ölkənin tanınmış şou adamlarının fotolarını reklam banerlərinə vurub bəh-bəhlə böyük izləyici kütləsi olan səhifələrdə paylaşdırırlar, amma sözü gedən tarixdə gedirsən tam başqa fərqlilik görürsən, şou proqramda işdirak edən mügənnilərin işləri oldu, gələ bilmədi, beləcə müxtəlif bahanələrlə o şəxslər şou proqramda görünmürlər və yaxud da elə şou-biznes nümayəndəsi var ki, onun adından istifadə edirlər.

Elə bu günlərdə xalq artisti Röya Ayxanın başına belə hadisə gəlib. Öncələr "AFSHİN AZƏRİ" hal hazırdakı adı "CRYSTAL RESTORAN" olan 4 Apreldə Azadə partisi təşkil edib sözü gedən restoranın icarədar sahibi Azadə Quliyevanın doğum gününə həsr olunmuş partidən söhbət gedir. Azadə xanım restoranında müştəri toplamaq üçün Xalq artistinin adından xüsusi saxta video roliklər hazırlayaraq paylaşımlar edib, amma Röya Ayxan açıqlamasında "İnstagram” sosial şəbəkəsində dələduzluq halı ilə rastlaşdığı barədə məlumat verib.

Azadə Quliyeva

"Azərbaycan Reallığı" xəbər verir ki sənətçi anonsu görəndə təəccübləndiyini qeyd edib:

“Bakıda olmadığım halda aprelin 4-ü restoranların birində səhnə alacağım barədə afişaya rast gəldim. Bu, nə məsələdir? Mən Bakıda deyiləm. Necə ola bilər ki, tədbirim olsun. Anonsu görəndə şok oldum. Lakin bizim xəbərimiz yoxdur. Bu şəkildə afişanın paylaşılması da məsuliyyətdir. Çox inanıram ki, məsələ ilə məşğul olacaqlar”- deyə xalq artisti qeyd edib, daha sonra isə Röya Ayxan Azərbaycanda olmadığında qeyd edib.

"Azərbaycan Reallığı"na məlumat verən etibarlı mənbə bildirir ki, "CRYSTAL RESTORAN"ın Azadə adlı icraçı direktori uzun illərdir restoranlar sahəsində çalışır, o, bundan öncə "Bakku music hall"da icraçı vəzifəsini daşıyıb, sözü gedən məkanda işlədən vaxtı tanınmış şəxslərin adından saxta paylaşımlar edərək guya onlar onun idarə edəcəyi restoranda şhou proqramında işdirak edəcəklər, xanımın bu cür həqiqətə uyğun olmayan paylaşımları bir başa məshuliyyət yaradır, xalq artisti Röyya Ayxan demişkən bu məshuliyyətdir, ümüdvarıq adiyyəti qurumlar tədbir görəcək.

AZƏRBAYCANREALLIĞI.COM
Text-to-Speech

DİNLƏ






Şərh yaz