Bərdədə qadın "Megastore" mağazalar şəbəkəsinin açılışında təşkil olunmuş şou-proqrama etiraz edib.
Millitv.az "Unikal"a istinadla xəbər verir ki, şəhid anası olduğu deyilən qadın konsertə toplaşan insanlara irad tutub.
"Şəhid analarını başa düşmürsünüz? Ayıb olsun! Bizim oğulların hesabına yaşayırsınız", - deyə qadın proqramı təşkil edənlərə və əraziyə toplaşanlara qəzəblənib.
Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi mart ayının 8-də Bərdə rayonunda şou-proqramın olunduğu barədə məlumat verib.
VİDEO BURADA: bura tıklayın...
My Webpage