2008-ci ildə Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani 29/23 ünvanında inşası başlayan və hazırda tikintisi başa çatan binaya 243 ailəni müxtəlif məbləğlərdə pulunu alıb yalnız maliyyə arayışı ilə sakin edən "Hidayət -N" MTK kütləvi narazılıq yaradıb.
Sakinlər bildirir ki, binaya köçəndən sonra məlum olub ki, Fövqəladə Hallar Nazirliyi tərəfinfən hətta İstismar Aktı belə tərtib olunub MTK-ya verilməyib. Buna səbəb isə inşa olunan sözügedən çoxmənzilli hündürmərtəbəli bu yaşayış binaları lift və digər texniki şərtlərin tələblərinə riayət etmədən lazımi formada təşkil olunmayıb.
Sakinlərdən onu da bildirirlər ki, binanın mənzillərini onlara Çıxarışsız satan MTK rəhbərliyindən Venera Rüstəmova çoxdan qalmış bu problemi həll etməkdə maraqlı olmamaqla bərabər, bu mənzillərini satmaq istəyən sakinlərdən yeni müştərinin adına keçirmək üçün 3 min manat istəyir.
Məsələ ilə bağlı öncə şikayətdə adı hallanan qurumdan, FHN-nin rəsmilərindən münasibət öyrəndik. Qurumdan bildirdilər ki, sözügedən bina ilə bağlı istifadəsinə icazə, yəni istismara icazə Aktı verilmədiyinə və buna da MTK tərəfindən məhəl qoyulmadığına görə Xətai Rayon Məhkəməsinə müraciət edilməklə barəsində Cərimə sanksiyası da tətbiq edilib. Lakin MTK buna baxmayaraq, yenə də müxtəlif vaxtlarda həmin binadan mənzil alqı-satqısını "özünəməxsus formada" həyata keçirir.
“Hidayət-N” MTK-nın sözügedən bu ünvanındakı sakinlərdən isə mənzil pulu otaq sayına görə hesablanır. Məsələn, 3 otaqlı mənzil sahibləri 30 manat ödəniş edirlər.
Bəs sakinlərdən tələb olunan “mənzil pulu” qanunidirmi? Bu ödənişlərin necə xərcləndiyini kim izləyir? Çoxmərtəbəli binaların idarə olunması ilə bağlı mexanizm varmı? Bu ödənişlər hansı normativlər əsasında müəyyənləşdirilir? Bu suallarla bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bir sıra maraqlı məqamlarla açıqlama verib: "Əslində yeni tikilən yaşayış binalarının idarə olunması ilə bağlı qanunvericilikdə Mənzil Məcəlləsində konkret müddəalar nəzərdə tutulub və orada idarəetmə formaları göstərilib: “İdarəetmə formaları arasında Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri, kooperativlərin idarəedilməsi forması, bələdiyyələr tərəfindən idarə edilmə formaları nəzərdə tutulub. Təəssüflər olsun ki, ötən il Mənzil Məcəlləsinə dəyişiklik edildi və kooperativ binalarda yaşayan sakinlərin hüquqları bir qədər məhdudlaşdırıldı. Yeni qanunverdiciliyə görə, kooperativ binalarda yaşayan sakinlər mənzilə “Çıxarış” aldıqdan sonra bu prosesi həyata keçirə bilərlər".
Lakin təyin olunan “mənzil pulu” məbləğinə gəlincə isə, ekspert deyir ki, bu bina sakinlərinin birgə razılığı əsasında olmalıdır. Onun sözlərinə görə, qanunvericilikdə birmənalı şəkildə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin kommunal vəsaitləri yığılarkən mənfəət götürülməsinə qadağa qoyulub. Yəni yığılan vəsaitlər binanın saxlanmasına xərclənməlidir. Bu zaman orada çalışan ayrı-ayrı şəxslərə əmək haqqı verilə bilər, amma əsas pul binanın təmirinə, həyətin abadlaşdırılmasına və sair xərclənir.
Çəkiliş zamanı bir daha gileydolu fikirlər bildirən sözügüdən 243 mənzilli binanın 1000-dən artıq sakinlərinə kommunal xudmət haqlarının yığımını həyata keçirən komendant bildirdi ki, biz bu uzunmüddətli problemin, sakinlərin hələ də mülkiyyət üzərində hüququ təsdiq edən Çıxarış sənədinin tərtib olunmasının tərəfdarıyıq ki, istismarda olan binadakı liftlərin və sayğacların ara-sıra yaranmış qəza hallarını aidiyyəti üzrə olan "Bakılifttəmir" İdarəsi və "Azərişıq" ASC tərəfindən qaynar xəttə müraciət edilməklə qısa zamanda həll edilməsini istəyirik. Lakin Venera Rüstəmova nəinki bu məsələnin həll edilməsində maraqlıdır, hətta onun barəsində rayon məhkəməsinin verdiyi Qətnaməni belə saymayaraq bina önündə yardımçı inzibati tikilinin qapısına onun burada əyləşməsinə məhdudiyyəti əks etdirən Qətnaməni şüşə qapı üzərində yapışdırılaraq ona xəbərdaredici bildiriş kağızını da hörmətsizlik edərək qoparıb cırıb atıb.
Bütün bu qeyd edilənləri aidiyyəti üzrə orqanların nəzarətinə götürməklə məsələyə hüquqi qiymət verilməsini gözləməklə inanırıq ki, uzun illərdir Xətai rayonunun S.Ə.Şirvani küçəsində "Hidayət-N" MTK-nın inşa etdiyi, artıq 14 ildir sakinləri olduğu bu çoxmənzilli yaşayış binasında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti arasında rəsmi anlaşma baş tutmaqla həmin sakinlərə verilməli olan Çıxarış sənədləri tərtib olunaraq çoxsaylı vətəndaşın yaşayış hüquqları rəsmiləşdirilməklə bu kütləvi narazılıq da aradan qaldırılacaq.
Xəyyam Qurbanlı //tezadlar.az//