Axtarış...

“Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir - GİLEY

“Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir - GİLEY
“Tərəqqi” MTK və “Avesta” MTK şirkətlərinin inşa etdiyi binanın sakinləri binanın heç bir şəraitlə təmin olunmamasından şikayət edir.

Modern.az-ın məlumatına görə 2011-2017-ci illərdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 74 ünvanında yerləşən 3 ədəd, 22 mərtəbəli yaşayış binaları inşa edilib.

Sakinlər bildirir ki, 2017-ci ildə yaşayış kompleksi müqaviləyə əsasən təhvil verilməli idi, lakin zəruri olan heç bir şəraitlə təmin olunmayıb.

“Su xətti nazik borularla verildiyi üçün yuxarı mərtəbələrin su təminatı ödənilmir, işıq binanın tikintisi üçün ayrılmış müvəqqəti olan xəttlərdən verildiyi üçün gərginlik 160 vattdan yuxarı qalxmır.

Elektrik avadanlıqların istifadəsi ilə bağlı çətinliklər yaşanır. Davamlı olaraq transformatorda yaranan problemlərə görə qış boyu enerji kəsintiləri baş verirdi. Qaz təhcizatı təmin edilməyib və mərkəzləşdirilmiş isitmə sistemi də istifadəyə verilməyib”-deyə sakinlər qeyd edir.

Söyləyiblər ki, qış aylarında sakinlərin yaşam tərzi acınacaqlı vəziyyətdə olur.

“Son illər daxili təmir işləri həddən artıq qec aparılır, girişlərin, yanğın təhlükəsizliyi üçün ayrılmış pilləkənlərin, mərtəbələrin , həyətyanı sahələrin heç biri işıqlandırılır. Abadlıq işləri aparılmır. Sanitar-gigiyenik normalara riayət edilmir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz