Axtarış...

Səməd Vurğun zirvəsi



Kiminsə təlxəyi olmaq çox kədərli məşğuliyyətdir. Şöhrətpərəst adam isə hamının təlxəyidir
Uilyam Penn
Son illər dəb düşüb. Özlüyündə yazdığı söz yığınını "yaxşı seir” hesab edən, istedadı ilə parlamaq imkanı olmayan, 1-2 cızma-qarasını “roman” adl ilə millətə sırımağa çalışan gənclər, və yaxud istedadı olub tanınmaq üçün illərlə gözləməyə səbri çatmayanlar məşhurlaşmağın ən qısa yolunu dünyasını çoxdan dəyişmiş dahi ustadları pisləməkdə və təhqir etməkdə görürlər. Yəni ucala bilmirsınsə, zirvədəkini alçalt ki, yalandan olsa da böyük görünə biləsən. Halbuki Sokrata görə, şöhrət sadəcə ölməz əməllərin ətri ola bilər, haqsız əməllərin deyil. Elə ona görə də, dahi rəssamların, şairlərin, yazarların, heykəltəraşların, memarların yaratdığı əsərlər əbədilik qazanıb. Çünki onlar söhrət dalınca qaçmayıblar. Əbədi olacağına inandıqları nümunələr yaradıb gələcək nəsillər üçün qoyub gediblər. Anri Berqsonun təbiri ilə desək, gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz da sedevr yaratdığı üçün xoşbəxtdir. Təəssüfləndirici haldır ki, bəzi gənclər üçün yazar kimi tanınmaq sadəcə səxsi ambisiyalara söykənir. Özləri haqda çox yüksək fikirdə olan, 5-10 nəfərin əhatəsində şair, sənətkar adlandırılan bu gənclər sadəlövhcəsinə düşünürlər ki, tapdıqları bir-iki uğurlu misra ölkədə hadisə yaradacaq qədər mükəmməldir. Onlar həqiqi şöhrətin uzun illərin zəhmətinə, yuxusuz gecələrə başa gəldiyini qəbul etmək istəmirlər. Klassikləri təhqir etməyə, onların “səhvlərini” üzə çıxarmağa başlayan gənc “yazarlar” dahiləri saray sairi, məddah adlandırırlar. Sovet dövrünün yazarlarını isə ümumiyyətlə qəbul etmirlər. Guya ülvi sevgidən yazmaq qeyri-səmimiyyətin göstəricisiymiş. Milli-mənəvi dəyərləri məhv etmək hesabına məşhurlaşmağa çalışanlar bizə zəngin ədəbi irs qoyub getmiş yazarlara hücum etməyə, onları təhqir etməyə davam edirlər və bu, heç kimi narahat etmir. Son zamanlar Azərbaycanın ölməz şairi Səməd Vurģuna qarşı da hücumlar səngimək bilmir. Bu böyük sənətkara camur atanlar, onun haqqında xoşagəlməz ifadələr işlədənlər onun " Komsomol" poemasını oxuyublarmı? Oxuyublar, amma şairin nə demək istədiyini məram və arzusunu dərk etməyiblər. Onun sətiraltı şəkildə milli-mənəvi dəyərləri qorumaq istəyini də anlayanlar azdır. Mənzum şəkildə milli ideologiyanı çatdırmaq üçün satıraltı mənalardan, bəzən isə açıq-aşkar şəkildə misralardan istifadə edən şair təpədən dırnağa qədər vətəninə bağlı bir insan olub. Təəssüf ki nə sovet dövrūndə, nə də indiki zamanda bunu dərk etməyənlər çox olub. Ağır repressiya dövrünün başlanğıcında, 1931- ci ildə sovet Azərbaycanında öz doģma ana dilində danışmayan, yūksək kūrsūlərdə xalq qarşısında rus dilində danışmaģı ūstūn tutan komissarları( nazirləri) Səməd Vurģun öz şeirlərində kəskin tənqid edib. O dövrdə yalnız 25 yaşlı Səməd Vurģunun buna cəsarəti cata bilərdi.
Nədən söyləməsin ana dilində
Öz odlu nitqini yoldaş komissar?
Tūrkcə danışmasın sevgilisiylə...
Bu mənhus adətdə böyūklükmü var...
Məndən inciməsin yoldaş komissar!
Aydın məsələdir ki, bu gün cəmiyyət üçün daha qorxulu olanlar istedadını, qələmini, mövqeyini satanlar, yad nəsnələri və söhrəti milli mənafedən üstün tutanlardır. İngilslərdə gözəl bir atalar sözü var: Keçmişinə güllə atma, gələcək səni topla qarşılar.
Mirzəağa Məmmədli
Text-to-Speech

DİNLƏ






Şərh yaz