Axtarış...

Aysbergin gorünməyən tərəfi

Kiminsə təlxəyi olmaq çox kədərli məşğuliyyətdir. Şöhrətpərəst adam isə hamının təlxəyidir

Uilyam Penn


Aysbergin gorünməyən tərəfi

Son illər dəb düşüb. Adı “it dəftərində” olmayan, özlüyündə yazdığı söz yığınını "yaxşı seir” hesab edən, istedadı ilə parlamaq imkanı olmayan , 1-2 cızma-qarasını “roman” adl ilə millətə sırımağa çalışan gənclər, və yaxud istedadı olub tanınmaq üçün illərlə gözləməyə səbri çatmayanlar məşhurlaşmağın ən qısa yolunu dünyasını çoxdan dəyişmiş dahi ustadları pisləməkdə və təhqir etməkdə görürlər. Yəni ucala bilmirsınsə, zirvədəkini alçalt ki, yalandan olsa da böyük görünə biləsən. Halbuki Sokrata görə, şöhrət sadəcə ölməz əməllərin ətri ola bilər, haqsız əməllərin deyil. Elə ona görə də, dahi rəssamların, şairlərin, yazarların, heykəltəraşların, memarların yaratdığı əsərlər əbədilik qazanıb. Çünki onlar söhrət dalınca qaçmayıblar. Əbədi olacağına inandıqları nümunələr yaradıb gələcək nəsillər üçün qoyub gediblər. Anri Berqsonun təbiri ilə desək, gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz da sedevr yaratdığı üçün xoşbəxtdir.
90-cı ilin sonlarında ədəbiyyata gələn və ümidverici sayılan bəzi gənclər üçün yazıçı kimi tanınmaq sadəcə səxsi ambisiyalara söykənirdi. Özləri haqda çox yüksək fikirdə olan, 5-10 badə yoldasının əhatəsində şair, sənətkar adlandırılan bu gənclər sadəlövhcəsinə düşünürdülər ki, tapdıqları bir-iki uğurlu misra ölkədə hadisə yaradacaq qədər mükəmməldir. Yanıldıqlarını görəndə, onları anlamadıqlarını düşünüb təsəllini içki şüşələrində tapdılar. Seirlərini, yazılarını tənqid edənlərə, tövsiyə verənlərə düşməncəsinə yanaşaraq pessimizmə qapıldılar. Onlar həqiqi şöhrətin uzun illərin zəhmətinə, yuxusuz gecələrə başa gəldiyini qəbul etmək istəmirdilər. Qısa zamanda kitablar nəşr etdirib imza gunu təşkil edərək gənc qızlar üçün avtoqraf yazmaq, coxlu pul əldə etmək, məmur balalarının həyatı kimi ömür sürmək, xarici maşınlarda gəzmək, restoranlarda qızlarla əylənib bahalı içkiləri su kimi axıtmaq arzusunda idilər. Amma bu istəkləri daşa toxunan süşə kimi cilik-çilik olanda tanınmaq üçün başqa yol seçdilər. Klassikləri təhqir etməyə, onların “səhvlərini” üzə çıxarmağa başladılar. Dahiləri saray sairi, məddah adlandırdılar. Sovet dövrünün yazarlarını isə ümumiyyətlə qəbul etmədilər. Guya ülvi sevgidən yazmaq qeyri-səmimiyyətin göstəricisiymiş. Sədaqət- vəfa bos seymiş, azad seksin qarşısını alırmış. Buna görə də azərbaycanlı qızlar kompleksli olur, erməni-rus qızları bu mənada onlardan üstünmüş. Milli-mənəvi dəyərləri məhv etmək hesabına məşhurlaşmağa çalışanlara bu yolda özlərinin tayı olan “jurnalistlər” də əməlli -başlı dəstək oldular. Onlardan müsahibələr alaraq “ulduz” xəstəliyinə tutulmalarını təmin etdilər. Gənc qələm sahiblərinin bu “fərqli və yeni” mövqeyi xaricdəki bəzi qüvvələrin diqqətini cəlb elədi. Bu qərb dairələri həmin gəncləri “himayəyə” götürüb onları mənəvi dəyərlərimizi aşılayan yazılar verməyə həvəsləndirdilər. Əvəzində isə onlardan gənclər arasında “azad seks”-ə, eynicinslilər arasında nigaha icazə verilməsi təbliğatı aparmağa, evil qadinların da kişilər kimi “kənarda”başqasını sevməyə haqqı olduğunu deməyə, erməni qızları ilə dostluğa çağırmağa məcbur etdilər. Total şəkildə, Azərbaycanda böyük bir imperiya yaradıb dovlət qurmuş Şah İsmayıl Xətaiyə hücumların sifarişçiləri də da məhz bizə düşmən olan həmin qaranlıq qüvvələrdi. Necə deyərlər pulu kim verirsə, sifariş də onun üçün olur. Bu gənclər zamanla, zəhərli təbliğatın sayəsində özləri də bilmədən milli satqınlara çevrildilər. Hətta azğınlıqları o həddə çatdı ki, Şəhidlərə belə dil uzatdılar. Bu artıq qırmızı xətti keçmək demək idi. Ən acınacaqlısı isə milyonlar əvəzinə “tula payı alan” bu “yazar”ların artıq davamçılarının da peyda olmağa başlamasıdır. Bir neçə il öncə “satılmağa” hazır olan biri Müşfiq zirvəsinə dil uzadaraq özünün ondan “yaxşı yazdığını” iddia edib. Başqa sözlə desək, satılmağa hazır daha bir “istedad” sahibinin olduğu barədə lazımı yerlərə işarə verib ki, onun da “istifadəyə” yararlı olub-olmadığnı yoxlasınlar.Halbuki layiq olmadığı şöhrətə yüksələnlər az sonra oradan enməyə məhkumdurlar.

millitv.az
Aysbergin gorünməyən tərəfi
Aysbergin gorünməyən tərəfi
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz