Axtarış...

“Heç bir ölkə öz "BTE"-sinin paltarını sırımağa çalışmır” - QALMAQAL

“Heç bir ölkə öz "BTE"-sinin paltarını sırımağa çalışmır” - QALMAQAL

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı məsələ yenidən mübahisələr yaradıb. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan bu məsələnin vacibliyi də sual doğurub.

Cebhe.info xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev vahid məktəbli formasının tətbiqinə ehtiyac olmadığını hesab edir:

“Vahid məktəbli forması vacibdirmi? ABŞ-ın adi məktəblərində seçim azaddır. Hər kəs cibinə uyğun geyim alır, yeganə tələb qızların çox qısa ətək geyinməməsidir. Oğlanlar isə təhlükəsizlik baxımından silah və başqa predmetlər daşımamaq üçün çox gen paltar geyinməməlidi.

Elit məktəblərdə isə hər məktəbin öz forması var. Almaniyada da təxminən eyni vəziyyətdi. Böyük Britaniyada isə vahid forma mütləqdi. Əksər ölkələrdə ucuz olduğuna görə idman tərzinə (cins) üstünlük verilir. Amma hər yerdə qızların ətəklərinə xüsusi qadağalar var. Heç bir ölkə öz "BTE"-sinin ("Bakı Tikiş Evi") paltarını sırımağa çalışmır. Yəni vacib olan odur ki, valideynlər maddı baxımdan əziyyət çəkməsin”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz