Axtarış...

Aləmdə səsim var mənim

Aləmdə səsim var mənim
Bu gün yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Əzizə Cəfərzadənin anım günüdür. Mən Azizə xanımın adına 5-cı sinifdə oxuyarkən ilk dəfə rast gəldim. Daha doğrusu onun “Vətənə qayıt” əsərini oxuyarkən olduqca maraqlı süjet xətti quran, cümlələrin axıcılığına görə başqalarından fərqlənən bu yazıçının qələmi məni heyran etdi. Sonralar onun digər əsərlərini də tapıb oxudum.Ümumiyyətlə, Azərbaycanda qadın yazarların sayı az olsa da onların yaradıcılığı öz bədii keyfiyyətinə görə kişi yazarların əsərlərindən geri qalmayıb.Aləmdə səsim var mənim Bəzən isə hətta bir çox cəhətlərinə görə onların bədii məhsulunu belə üstələyib. Mənim subyektiv fikrimə görə bu, bütün dünyada belədir. Aqata Kristi, Jorj Sand (Lüsi Düpen) , ölkəmizdə Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Əzizə Cəfarzadə, Mirvarid Dibazi, Afaq Məsud və digər qadın yazarlar hətta maraqlı süşet xəttinə görə də başqalarından fərqləniblər. Əzizə Çəfərzadənin də elə bir əsəri olmayıb ki, dərc ediləndən sonra ədəbi aləmdə hadisəyə çevrilməsin. Bu kitablar haqqında mətbuatda çoxlu fikirlər, rəylər yer almasın. Əzizə xanım 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. Aləmdə səsim var mənimİbtidai təhsilini 25 saylı məktəbdə alıb. Sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda təhsilinə davam edərək 1944-cü illərdə institutu başa vurub və Ağsu rayonununun Çaparlı kəndində müəllim işləməyə başlayıb. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində fəaliyyət göstərib.Aləmdə səsim var mənim Əzizə Cəfərzadə hər zaman XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınıb və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirən Əzizənin bu ilk qələm təcrübəsi süngü ilə qarşılanıb. İlk kitabı 1948-ci ildə çap edilən bu gənc qızın əsəri Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub və yandırılıb. Lakin ruhdan düşməyən döyüşkən ruhlu Əzizə cəsarətlə yazmağa davam edib. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən işləyən yazıçı olub. Onun "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sıra povestlərinin mövzusu müasir və real həyatdan götürülüb. Aləmdə səsim var mənim
jpg[/img]"Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır. Onun Azərbaycan ədəbiyyatına verdiyi töhvələr də az deyil. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib ki, bu siyahya "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun toplayib çap etdirdiyi bir çox əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanımı romanlarından az məşhurlaşdırmayıb. Bu kitablar vasitəsi ilə o, qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut edib. Bu əsərlərlə yanaşı, onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda işıq üzü görüb. Əzizə xanım "Natavan" adli kinossenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat və saysız – bayatılar yazıb. Aləmdə səsim var mənimO, folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqa çox sevdirmişdi. Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olan xanım yazarımız bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplayaraq səyahət gündəlikləri kimi qələmə alıb. Bunlardan birində 1965–1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri "Qızıl sahilə səyahət" (1968) xatiratını yazmasıdir.Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən, S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklənin "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və sair əsərləri Azərbaycan dilinə tərcümə etməklə həm də bir çox kitabın redaktoru olub. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və s. dillərə tərcümə edilərək xaricdə nəşr edilib. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar edərək, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsayı proqramların müəllifi və aparıcısı olub.
Aləmdə səsim var mənim Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ edib. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər daimi iştirakçısı olub.1981–1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyərək Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə gedərək millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olub və bu problemlərin həll edilməsində yaxından iştirak edib. O, həyatı boyu xeyriyyəçiliklə məşğul olaraq, 1979-cu ildə indiki Hacıqabul rayonunun Hacılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirib. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olub. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, "Xalqlar dostluğu", "Şöhrət" ordeni İlə təltif edilib. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, "Azərbaycan Anası", Azərbaycan Xalq yazıçısı" adlarına layiq görülüb. Aləmdə səsim var mənimƏzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşub və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib. Allah rəhmət eləsin.
P.S
Mən Azərbaycanın fəxri sayılan insanlarımızı gənc nəslə təqdim etməklə onlara çatdırmaq istəyirəm ki, şöhrət yüngül həyatla təmin olunmur. Yuxusuz gecələrin, zəhmət və axtarışların sayəsində əldə olunur. Bu gün gənc yazarlar içərisində istedadı, qələmi ilə fərqlənən insanlar az deyi. Amma onlardan heç birinin dünya miqyasına çıxacaq keyfiyyətdə, hadisəyə çevriləcək bircə dənə də əsərinə rast gəlmirik. Mən bunu məişət problemlərindən qaynaqlanan tənbəllik və həvəssizlikdə görürürəm. İnsaf naminə demək lazımdır ki, onlar motivasiyadan məhrumdurlar. Nə Mədəniyyət və Turizm nazirliyi, nə də Yazıçılar Birliyi istedadlı gənclərərimizə lazımi səviyyədə dayaq durmur, onlara dəstək vermir. Sovet dövründə yazarlar dövlət tərəfindən maddi stimul əldə edərək saysız -hesabsız əsərlər yaradır, eyni zamanda yorulmadan ictimai fəaliyyətlə də məşğul olurdular. İndi bəzi gənc qələm sahibləri məşhurlaşmağın yolunu maraqlı əsər təqdim etməkdə deyil, klassikləri tənqid etməkdə görür və öz mövqelerini müdafiə etmək üçün əsaslı arqumentlər belə təqdim edə bilmirlər. Məncə Yazıçılar Birliyi ləğv edilməli və yerinə operativ şəkildə fəaliyyət göstərən, pul mükafatları vasitəsilə stimulverici ədəbi yarışlar təskil edən, dürüst, obyektiv və müstəqil fəaliyyət göstərən çevik qurum yaradılmalı və bu quruma rəhbərlik seckili olmalıdır. Bəlkə bu yolla bizim də əsərləri beynəxalq müstəvidə geniş şəkildə tanınacaq, yaxşı mənada səs-küy yarada biləcək şair və yazarlarımız meydana çıxar.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz