Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması ilə bağlı xəbərlər yayılıb.
Millitv.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı (https://rus.ghn.ge/) ölkə rəsmilərinə istinadən məlumat yayıb.
Saytda dərc edilən xəbərdə qeyd edilib ki, mayın 1-i tarixində Azərbayan və Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır.
Qeyd edək ki, Azərbaycan quru sərhədlərini 2020-ci ilin yaz aylarından bəri bağlayıb.
Xatırladaq ki, COVID-19-la bağlı məhdudiyyətlər 2023-cü il mayın 1-dək qüvvədə olacaq.