Axtarış...

Gürcüstan Azərbaycanla sərhədi bağladı - Koronavirusa



Gürcüstanda koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra bu ölkə Azərbaycanla sərhəd qapılarını bağlamaq qərarına gəlib.

Millitv.az xəbər verir ki, bu barədə Moscow-baku.ru saytı məlumat yayıb.

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze keçirdiyi brifinq zamanı ölkə hökumətinin iki həftə müddətində Azərbaycanla sərhədlərini bağlayacağını bildirib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxmuş ilk şəxs Azərbaycan ərazisindən ora keçən 50 yaşlı Gürcüstan vətəndaşı olub. //Oxu.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz