Axtarış...

Ətin qiymətini həm də AQTA BAHALAŞDIRIR... - FAKT BUDUR!

Ətin qiymətini həm də AQTA BAHALAŞDIRIR... - FAKT BUDUR!


Ətin qiymətinin bahalaşması istənilən halda müzakirə edilən mövzulardan olub.
Ət satışı məntəqələrində ətin kiloqramını 1- 1.5 manat aşağı satmaq mümkündür. Buna isə ay ərzində ət satışı məntəqələrinə gələn “papkalılar” və bəzən yazılan cərimələr imkan vermir.Belə ki, paytaxt Bakıda fəaliyyət göstərən bir çox ət satışı məntəqələrindən ay ərzində bir neçə təşkilat haqq alır.Hər şeyin qaydasında olduğuna dair verilən "rəy”ə qarşılıq pul alınırsa təbii ki, rayonlarla müqayisədə Bakıda ətin kiloqramını ən azı 1-1,5 manat baha satmaq məcburiyyəti həmişə olacaq.Yəni,ət satışı məntəqələrindən alınan rüşvət özü də satılan ətin maya dəyərinə daxil edilir, bu isə qiyməti bahalaşdırır.Burada ət satışı məntəqələrinin yerində ət kəsimini həyata keçirtmələrinə qoyulan qadağanın özü də əlavə xərclərə yol açdı və ətin qiymətinin qalxmasına təsirini göstərdi.

Digər bir səbəb isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ət kəsimi məntəqələri ilə bağlı nizamlayıcı tədbirləri yekdil həyata keçirə bilməməsidir.Elə ət satışı məntəqəsi var gigiyena qaydalarına əməl etməklə heyvanı satış məntəqəsinin arxasında və ya ona bitişik ərazidə kəsir.İstehlakçılar da, nəyin ətini aldıqlarının fərqində olurlar.Bir qsim ət satışı məntəqəsi isə, satdığı əti kənardan gətirir.O da olur ki,ət satış məntəqəsinin birinə heyvanı yerində kəsdiyinə görə,300 manat cərimə yazılır,bunu həyata keçirdən digər ət satış məntəqəsinə 300 manat cərimə yazmaq mümkün olmur.Yəni AQTA bir sıra "mühafizə olunan" ət satış məntəqələrinə söz deyə bilmir.Bu kimi hallar ayrı seçkiliyə,narazılığa səbəb olur.Hazırda,Bakının Nizami rayonunda yerləşən bir neçə ət satışı məntəqəsinə 300 manat cərimə yazılması ilə bağlı məktub göndərilib.

Qaldı AQTA nümayəndəsinə, yerində hal şahidinin iştirakı olmadan,akt tərtib etmədən ət satışı məntəqəsində heyvanın kəsilməsini qarşı tərəfə necə subut edir,bu da müəmmadır.Cərimə yazılan tərəf AQTA-ya çağrılır, orada məlum olur ki,adam ora niyə çağrılıb.

Bu kimi hallar da tərəflər arasında ziddiyyətə çevrilir,cərimə ödəyən tərəf ödədiyi pulu istehlakçının aldığı ətin maya dəyərinə daxil edir.Çox sadə,həmin gün bir neçə saatlığa həmin məntəqədə müxtəlif bəhanə gətirilərək ətin kiloqramını 1 manat baha satır,məsələ bununla da bir müddət qapanır.

FAKTİNFO.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz