ABŞ-ın ştatlarından biri olan Havay adalarında yerli parlament yaşı 100-ə çatmayan şəxslərə siqaret satışının qadağan edilməsi barədə qanun layihəsini müzakirə edir.
Virtualaz.org "Reddit" telegram-kanalına istinadən xəbər verir ki, qanun layihəsinə görə, 2020-ci ildən 30 yaşına çatmamış şəxslərə tütün məmulatlarının satışı qadağan ediləcək. Sonrakı hər il bu hədd 10 il artırılacaq – 40, 50, 60 yaşına qədər və s. 2024-cü ildən isə siqaret satışı icazə verilən şəxslərin yaş həddi 100-ə çatdırılmalıdır.
Xatırladaq ki, 2016-cı ildən bu kurort bölgəsində 21 yaşına çatmamış şəxslərə siqaret satışı qadağandır.