Axtarış...

Şeyxin qudası: “Qadın başdaşlarına ədəb-ərkanlı şəkillər qoyulmalıdır"

Şeyxin qudası: “Qadın başdaşlarına ədəb-ərkanlı şəkillər qoyulmalıdır"

"Londonda olan qəbirstanlığa gedib baxmaq lazımdır ki, insanların səviyyəsini bilək. Avropada iki yerdə böyük qəbirstanlıqlar var. Orada müsəlmanlar və xristianlar dəfn olunub, istənilən formada başdaşılar var. Hətta, onlar 300-400 il bundan qabaq qəbirstanlıqda muzey düzəldiblər. Ona görə də, insanlar özləri bilərlər ki, öz ölülərinə necə və hansı formada hörmət edirlər".

Bu barədə Demokrat.az-a Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə deyib. O bildirib ki, get-gedə zaman inkişaf edir və insanların bu mövzuda baxışı da dəyişir:

"Mən molla deyiləm və bununla bağlı da sizə geniş bir fikir deyə bilməyəcəyəm. Fikrimcə, kim nə edirsə, öz ölüsünə hörmət edir. Mənim atam cavan gedib, o vaxt Sovet hökumətinin vaxtı idi. Atama qəbirdaşı düzəltdirirdim və məni prokurorluğa verdilər. O vaxtı çox hörmətli prokuror var idi, adı Zakir Zeynalov idi. Tovuz rayonundan idi, çox hörmətli, ağır bir kişi idi. Dedi ki, səndən yazıblar ki, atan üçün 20 minə başdaşı düzəldirirsən. Dedim, yıx Zakir müəllim, doğru deyil. Yəni, əvvəllər adamı şikayət edirdilər. İndi görürsən ki, şikayət etsinlər, desinlər filankəsin qəbri belədir? Hamımız ölüb gedəcəyik. Qoy kim ölüsünə necə hörmət etməyi bacarırsa etsin. Biri atasının, qardaşının, əmisinin, dayısının heykəlini qoyursa, nə deyə bilərik? Qadınların məzar daşına foto qoymaq iddiasına gəlincə, mən şəkil qoymağın əleyhinə deyiləm. Amma qadınların başdaşlarına ədəb-ərkanlı şəkillərin qoyulmasının tərəfdarıyam".

Demokrat.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz