Müvəqqəti Laçın rayon qeydiyyatında olan, 20 il Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbində səs müəllimi işləmiş Xocalı rayon Kərcicahan kənd sakini Əhmədova Qiymət Əmənulla qızı tərəfindən Müstəqil.Az-ın elektron poçtuna daha bir
Şikayət ərizəsi daxil olub.
Ərizəni təqdim edirik
Bildirirəm ki, dəfələrlə Prezident Aparatına və Mədəniyyət Nazirliyinə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Həsənov Qalib Şamil oğlunun qanunsuz hərəkətlərə yol verdiyi barədə yazılı müraciətlər etmişəm. Mədəniyyət Nazirliyinin hazırda korrupsiya əməllərinə görə həbsdə olan sabiq birinci müavini Elnur Əliyevin birbaşa dəstəyi ilə təyin olunan Qalib Həsənovun bütün həyat və fəaliyyəti saxtakarlıqlarla zəngindir.
Belə ki, Qalib Həsənov 1991-ci ildə orta məktəbi bitirmiş, həmin il Bakı şəhərində Özəl Ali Humanitar Kollecinə adını yazdırmış və guya 1-ci kursda oxumuşdur. Bu kollec 1993-cü ildə dövlət qeydiyyatına alınaraq Özəl Azərbaycan Univerisiteti kimi fəaliyyətə başlamışdır. 1995-ci ildə oranı “bitirən” bu adamın diplomunun qanuniliyinə özünüz qiymət verin. Dövlət qeydiyyatı olmayan təhsil müəssisəsinin fəaliyyəti qanunsuzdur. Həmin qarışıq dövrlərdə iki il guya kursdan-kursa keçmiş bu adamıntəhsilinin nəticələri də qanunsuzdur. 1995-ci ildə bu uiveristeti “bitirən” Q.Həsənov 1996-cı ildə Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlamış, 2017-ci ilədək Nazirlikdə baş girələmişdir. 2017-ci ildə ölkəmizin Macarıstandakı səfirliyində aşkar olunan qanunsuzluqlara görə işdən çıxarılmışdır. 1995-2000-ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı işləyən atası Şamil Həsənovla, 1995-ci ildə Ağcabədi rayonunda Deputat seçilmiş və Xaqrici İşlər naziri olan Vilayət Quluyevin dostluğu heç bir biliyə və təcürbəyə malik olmayan Qalib Həsənovun layiq olmadığı koryerasının qurulmasına səbəb olmuşdur. Q. Həsənovun Tərcümeyi-halını yuxarıda qeyd etdim. Göründüyü kimi 1991-ci ildə orta məktəbi bitirəndən 2017-ci ilədək tərcümeyi-halında fasilə olmamışdır. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rəşad Kazımovun 21.10.2022-ci il tarixli, 0145534 saylı məktubunda bildirilir ki, Qalib Həsənov qanunvericilikdə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmət keçmişdir.
Əyani təhsil aldığı və fasiləsiz XİN-də işlədiyi dövrdə bu necə baş vermişdir? Şübhəsiz ki burada qaranlıq əməl olmuşdur.
2021-ci ilin avqust ayında rəis vəzifəsinə təyin olunan Q.Həsənov ilk gündən mədəniyyət sahəsində qabaqcıl və peşəkar işçiləri i.dən uzaqlaşdırmaq, kollektivlərdə intiriqa-qarşıdurma və qeyri sağlam mühit yaratmaqla məşğul olmuşdur.
Korrupsiya ittihamı ilə həbs olunan nazirin keçmiş birinci müavini Elnur Əliyevin kölgəsinə sığınaraq saxta tenderlər keçirməkdənçəkinməyən Qalib Həsənov “Masallı 994” MMC ilə qaranlıq işlər çevirmiş, şişirdilmiş qiymətlərlə inventarlar və 65 min manatdan artıq dəftərxana ləvəzimatları almışdır.
İdarəyə baş mühasib təyin edilən Zaur bundan əvvəl işlədiyi Ağcabədi Poçttamptında 65 min manat mənimsədiyinə görə məsuliyyətə cəlb edilmişdir. Bu “peşəkar” mühasib 65 min manatlıq dəftərxana ləvəzimatını mənimsəmək və silmək işində Q.Həsənova yardımçı olmuşdur.
İdarə rəisi işlədiyi 1 ildə Qalib Həsənov islahat aparmaq adı altında tabeliyində olan musiqi məktəblərində polis mühavizə qoymaq, binaların girişində barmaq izi qeyd edən avadanlıqlar quraşaşdırmaqla adamları qorxu və vahimə altında saxlamağa çalışır. Rəis işdən qanunsuz çıxartdığı adamların yerini çox yüksək qiymətlə yeni işçilərə satır.
Onu da bildirim ki, Q.Həsənovun qardaşı E. Həsənov Şəmkir rayon Polis şöbəsinin rəisi vəzifəsindədir. Odur ki, təhlükəsizliyimin təmin olunmasını Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm.
Hazırda Ağcabədi Regiona Mədəniyyət İdarəsinin əhatə etdiyi bütün musiqi məktəblərində durğunluq halı yaşanır. Yaranmış dözülməz vəziyyətin aradan qaldırılması heç bir rəhbərlik qabiliyyəti və pedeqoji təcrübəsi olmayan Qalib Həsənovun bacarığı çərçivəsində deyildir.
Göstərdiyim halların mənim iştirakımla yoxlanılması daha ciddi faktlar aşgara çıxarar
Qeyd: Mən Əhmədova Qiymət Əmənullah qızı Xocalı rayon Kərcicahan kənd sakiniyəm. 1989-cu ilədək Xankəndi şəhərində ayaqqabı fabrikində işləmişəm. Həmin vaxt ayaqqabı fabrikinin rəhbəri erməni idi. Həmin dövrdə ara qarışmıdı. Ermənilər təxribatlar edirdi. Mən işdən çıxdım. Üç ay sonra sülhməramlıların vasitəsi ilə mənim əməkhaqqım poçtla ünvanımıza göndərildi. Ancaq Şamkənd kənd uşaq Musiqi məktəbinin direktoru ilə 29 sentyabr 2021-ci il tarixdə 1 illik əmə müqaviləsi bağladım. 2021-ci ilin 23 oktyabr ayınadək işləmişəm, jurnal yazmışam və davamiyyət kitabına qol çəkmişəm. Buna baxmayaraq Qalib Həsənovun təziqi ilə 01 oktyabrda 2021-ci ildə işdən azad edildim. İşlədiyim 22 günlük əmək haqqımı vermədi Q.Həsənov.
İndi siz qiymət verin: Qalib Həsənovun vicdan sahibidir, yoxsa bir erməni dığası.
İmza: Əhmədova Qiymət Əmənulla qızı
24.02.2023
Redaksiyadan: Qarşı tərəfin münasibət bildirmək haqqı tanınır
Müstəqil.Az