Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə “Beynəlxalq iqtisadi munasibətlər” ixtisası üzrə magistr pilləsini bitirib.
Qalib Həsənov 1996-ci ildən 2017-ci ilə Xarici İşlər Nazirliyində, diplomatik nümayəndəliklərdə müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Qalib Həsənov 1994-2005-ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı olmuş Şamil Həsənovun oğludur. Onun Ağcabədi rayonuna rəhbərlik etdiyi dövrlərdə külli miqdarda dövlət vəsaitinin mənimsəməsi barədə çoxsaylı məlumatların olduğu bildirirlir. Ağcabədi rayonun rəhbərliyi dövründə Şamil Həsənovun torpaq islahatları zamanı ən yaxın qohum əqrəbasının adına hektarlarla torpaq sahələrinin özəlləşdirdiyi də bu məlumatlar içindədir. Məlumatlarda Qalib Həsənovun Xarici İşlər Nazirliyində işə düzəlməsində də İcra başçısı işləyən atasının rolu olduğu bildirilir. Onun Xarici İşlər Nazirliyindən niyə çıxarılması və atası Şamil Həsənov haqqında daha ətraflı məlumatları yaxın günlərdə diqqətinizə çatdıracağıq.
Aktualinfo.org