Bir neçə il əvvəl Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindəki həbslər cəmiyyət üçün ciddi mesaj idi.
Belə ki, həbs olunan şəxslər sıravi əməkdaşlar deyildi, nazir müavini, dövlət agentliyinin rəhbərliyi idi.
Çox təəssüf ki, həmin həbslər zamanı sabiq mədəniyyət naziri Əbülfəz Qarayev məsuliyyətdən kənarda qaldı.
Və bu günədək mediada nazir müavini, agentlik rəhbərliyinin istintaqa verdiyi ifadələr nəzərə alınmadı.
Belə ki, konkret olaraq Əbülfəz Qarayevin tabeçiliyində olan şəxslər izahat verərək bildirmişdi ki, biz rayon mədəniyyət şöbələrindən aldığımız pulları cənab nazirə verimişik.
Sözün qısası, Əbülfəz Qarayev nazir postundan gedəndən sonra cənab Anar Kərimov mədəniyyət naziri təyin olundu.
Və cəmiyyətdə ümid yarandı ki, bundan sonra bu sferada müsbət dəyişikliklər olacaq.
Amma təəssüf ki, belə olmadı.
Anar Kərimov artıq ikinci ildir ki, mədəniyyət naziridir. Ancaq bu sahədə heç bir müsbət dəyişiklik yoxdur. Əksinə bu sferada vəziyyət getdikcə pisləşir.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad ediləndə hamı düşündü ki, regionun mədəniyyət sferasında ciddi müsbət dəyişikliklər olacaq. Amma bütün camaat deyir ki, Allah Elman müəllimin ölənlərinə rəhmət eləsin.
“Gundelik-Bakı”ya daxil olan məlumatlardan bəlli olur ki, əvvəl olduğu kimi yenə də nazirlikdə qohumbazlıq, rüşvətxorluq və korrupsiya halları davam edir.
Məlumat üçün qeyd edək ki, cənab nazir Anar Kərimovun əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Yeri gəlmişkən, Faiq Xudanlı xeyli müddət Mədəniyyət Nazirliyinin Katibliyində çalışıb. Və Kürdəmir Regional Mədəniyyət İdarəsinə rəsi təyin olunan kimi 2 məktəb direktorunu vəzifəsindən uzaqlaşdırıb.
Təsəvvür edirsiniz, təzə məktəb direktorları nazirlik tərəfindən təsdiq olunmayıb, amma direktor vəzifələrini icra edirlər.
Bəli, Faiq Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun əli ilə Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin edib.
Bundan başqa Faiq Xudanlı Füzuli rayonunun Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu da heç bir əsas olmadan işdən azad edərək direktor vəzifəsinə orta ixtisaslı Anar Əliyevi təyin edib.
Yəni Faiq Xudanlı musiqi təhsili olan şəxsləri direktor vəzifəsindən azad edərək, onların yerinə, ümumiyyətlə, musiqi təhsili olmayan şəxsləri təyin edib.
Faiq Xudanlının 3 nömrəli uşaq musiqi məktəbinə direktor təyin etdiyi Lamiyə Əhmədova az vaxtda musiqi təhsili olmayan şəxsləri musiqi məktəbinə işə götürüb.
Məktəbdə dərs saatları ilə bağlı ciddi narazılıq yaranıb.
Təsəvvür edirsiniz başqa müsiqi məktəbində dərs deyən şəxs digər musiqi məktəbində direktordur.
Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır.
Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Bəli, Faiq Xudanlının direktor təyin etdiyi Anar Əliyev Xətai rayonu ilə Qaradağ rayonu arasında qalıb.
Bu musiqi məktəblərində qanunsuz verilən əmək haqqlarını yoxlayan olsa, ortaya ciddi cinayət əməlləri çıxacaq.
Biz hələ direktor Lamiyənin anası Cavadova Gültəkinə, xalası qızları Hüseynova Aynur, Hüseynova Təhminənin hər birinə 24 saat dərs verməsindən danışmırıq.
Bunların heç biri işə gəlmir.
Bəli, Lamiyə Əhmədovanın Faiq Xudanlının yanında sözü o qədər ötkəmdir ki....
Hətta Lamiyə Faiq Xudanlıya deyib ki, məni Mehdiabaddakı Musiqi məktəbinə direktor təyin elə....
Və Faiq Xudanlı həmin gün Lamiyəni Mehdiabaddakı Musiqi Məktəbinə direktor təyin edib.
Bəs görəsən, Faiq Xudanlı niyə Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu işdən azad edib..?
Bilirsiniz, bu Faiq Xudanlı kim olub?
Bu barədə növbəti yazıda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//