Axtarış...

Sabiq rektordan şöbə müdirinə ittiham: "Mənə cadu etdirib, xəstələnmişəm"

Sabiq rektordan şöbə müdirinə ittiham: "Mənə cadu etdirib, xəstələnmişəm"


Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəməsi keçirilən universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevadan şikayət edib.

Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib.

İş materiallarında göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrdən aldığı pulları mənimsədiyi qeyd edilib.

Bundan başqa, Nurlana Əliyeva Dürdanə Əliyevanı ona cadu etməkdə ittiham edib. Sabiq rektor cadunun təsirindən xəstəlik keçirdiyini deyib. Məhkəmədə o da məlum olub ki, Dürdanə Əliyeva isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Hakim Əli Məmmədov deyib ki, bu barədə məhkəməyə ərizə daxil olub. Dürdanə Əliyeva müraciətində Nurlana Əliyevanın əməlləri ilə bağlı məlumat verib, özünün cinayət işində sadəcə, vasitəçi olduğunu qeyd edib.

Qeyd edək ki, Nurlana Əliyevanın məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar qəbul olunub. O, qərar müzakirə olunan vaxt ölkədən çıxıb.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.APA
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz