Axtarış...

“AFB Bank” Kəmaləddin Heydərovun müavinini məhkəməyə verib - FOTOFAKT


“AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq Cavad oğluna qarşı məhkəmə iddiası qaldırıb.

Millitv.az Yeniavaz.com a istinadən xəbər verir ki, məhkəmə iclasının 11 sentyabr tarixində keçirildiyi qeyd olunur. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

Qeyd edək ki, “AFB Bank” ASC-nin iddiaçı olduğu prosesdə cavabdeh kimi Faiq Tağı-zadə ilə bərabər Dilarə Tağı-zadə və “DG Group” MMC də yer alıb.
Məhkəmə mübahisəsinin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsindən irələ gəldiyi qeyd olunur.
Məlumat üçün bildirək ki, “AFB Bank” ASC səhimlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhimlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.
Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhimdarı Hikmət İsmayılovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb.
Məsələ ilə bağlı “AFB Bank”dan məlumat almağa cəhd etsək də, quruma məxsus telefon nömrələrini etdiyimiz zənglərə cavab verən olmadı. FHN-nin mətbuat xidmətindən isə bu barədə məlumatsız olduqlarını və ətraflı cavab üçün yazılı sorğu göndərməli olduğumuzu bildirdilər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz