Biləsuvarda sakinləri ÇİLƏDƏN ÇIXARAN KİMDİR? - NARAZILIQ VAR!
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Biləsuvar rayonunda avtobus sürücülərinin problemləri bitib-tükənmək bilmir. Rayonun Xırmandalı kənd sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Səfərli Tacəddinin atası, 58 yaşlı Səfərov Müsəddiq Mahmud oğlu redaksiyamıza göndərdiyi video-müraciətində bildirib ki, rayonda nəqliyyat departamenti onlara qarşı ayrı-seçkilik nümayiş etdirir. Belə ki, adı çəkilən qurum süürücülərin ailələrinə çörək pulu qazanmaqda maneçilik yaradır. Bu hadisə sürücülərin haqlı narazılığına səbəb olub.
2 saylı Sərnişindaşıma Departamentində çalışdığını, sənədlərinin qaydasında olduğunu, nümunəvi vergi ödəyicisi olduğunu bildirən M.Səfərov deyir ki, kənddə ictimai nəqliyyata ehtiyac olduğu halda sakinlər nəqliyyat diskriminasiyası ilə üzləşiblər. Departamentin əməkdaşları ictimai nəqliyyatın (mikroavtobusların) xəttə çıxmasına icazə vermirlər. Sakinlərin kəndin mərkəzində departament işçiləri ilə mübahisə etdiklərini əks etdirən görüntüləri də təqdim edən M.Səfərov həmçinin xatırladır ki, əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi ilə qayğılanan dövlət rəhbərliyi məşğulluq probleminin həllində ilk növbədə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının ailə üzvlərinə üstünlük verilməsi barədə göstəriş verib. Departament rəhbərliyi isə bu göstərişlərə məhəl qoymur.
Maraqlıdır, görəsən, Biləsuvar rayon Nəqliyyat Departamentində sürücülərə qarşı bu qədər kin-küdurət haradan qaynaqlanır? Bəs sürücülərin dövlətdən incik salınmasında məqsəd nədir? Məntiqlə belə nəticə hasil olur ki, rayon Departamentinin rəhbərliyi ictimsi nəqliyyat sektorunda yalnız öz yaxın adamlarının, dost-tanışlarının işləməsinə çalışır. Əgər belə olmasaydı, sürücülər departamentin fəaliyyətindən narazı olmazdılar. Ümid edirik ki, məsələyə aidiyyati qurumlar biganə qalmayacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Xatırladaq ki, bir neçə gün əvvəl Biləsuvar rayonunun eyni problemlə üzləşən İsmətli kənd sakini, iki azyaşlı uşaq atası Nəzərli Orxan Qurbanxan oğlu da marşrut taksisi sürücüsü kimi xəttə buraxılmaması barədə şikayətini KİV-də ictimailəşdirərək aidiyyəti qurumlardan dəstək istəmişdi: “Xəttə sənədləri qayudasında olmayan maşınlar və sürücüləri buraxıldığı halda, mənə müvafiq kateqoriyam ola-ola icazə verilmir”. //azerinfo.az//