Axtarış...

Məharət Mustafayevin xarabalığa çevirdiyi Şirvan Şəhəri - Onu dayandıran tapılacaq?



Şirvan şəhər icra başçısının muavini Məharət Mustafayev barəsində şikayətlər bitib tükənmək bilmir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rüşvətxor korrupsioner məmurlara qarşı apardığı, xüsusəndə icra başçılarının və daha iri buynuzlu məmurların həbsi görünür bəzilərinə dərs olmur.

Xüsusən də, bundan nəticə çıxarmağa istəməyən Şirvan şəhər icra başçısının müavini və hal-hazırda rayonun baronu kimi tanınan Məharət Müstafayev kimilər İranda əbədi dədə-baba torpağlarımız olan Təbrizi farslar işğal edən kimi Şirvan şəhərində demək olar ki, Məharət müəllim işğal edib.

Millitv.az xəbər verir ki, Məharət müəllim demək olar ki, rayonun çox hissəsini işğal edib. Hara baxsan bu adamın evləri, villaları, mülkləri, ticarət mərkəzləri, torpaq sahələri bir sözlə bitib tükənməyən top dağıtmaz əmlakları və.s daha nələr...

Hələ Şirvan şəhərindən əlavə olaraq paytaxt Bakıda və bəzi rayonlarda olan obyektlərini demirik.

Bir zamanlar adı müxtəlif qalmaqallarda hallanan Şirvan şəhər icra başçısının müavini Məharət Mustafayev haqqında kütləvi informasiya vastələrində yer alan şikayətlər də kifayət qədər rast gəlmək olar.

Şirvanda məmur övladı illər öncə yeni həyat qurmuş gəlinin namusuna sataşaraq hamilə buraxmış, ailəni dağıtmışdır. Belə ki, Şirvan şəhər sakini Pakizə Allahverdiyeva Şəhər İcra Başçısının müavini Məharət Mustafayevin oğlu Bəhruz Mustafayev tərəfindən oğlunun ailəsinin dağılmasının günahkarı harınlamış məmur Məharət Mustafayevin oğlu Bəhruz Mustafayevdən prezidentə və baş prokurora şikayət etmişdir.

Hər kəs tərəfindən qınanılan, Şirvanda yaşanan bu iyrənc hadisə, məmur övladı tərəfindən yeni ailə qurmuş gəlinini zorla hamilə qoyması rayon sakinlərinində haqlı narazılığına səbəb olmuşdur.

Məhərət Mustafayevin Qarabağ qazilərinə qarşıda qərəzli yanaşmaları bitib-tükənmək bilmir.

Şirvan şəhər sakini, Qarabağ qazisi Quliyev Bayram Vaqif oğlu bildirir ki, şəhərin mərkəzi küçəsi olan "Məhəmmədəmin Rəsulzadə" prospektində yolun kənarında, piyada keçidin yanında parkda ağaclar şəhər icra başçısının müavini Məharət Mustafayevin tapşırığı ilə kütləvi şəkildə kəsilib.

Böyük bir ərazi hasarlanaraq kəsilən ağacların yerində müəmalı tikinti aparılır. Şəxsən Şirvan şəhər icra başcısının müavini Məharət Mustafayevin göstərişi ilə ağaclar məhv edilib. Qarabağ qazisi Şirvanda balasına çörək tapıb yedizdirə bilmir, ancaq bunların pulu çoxdu deyə şəhərin ağacların kəsib özlərinə obyektlər, restoranlar, saraylar tikirlər.

Yaşıllığlara qarşı təbiət müharibəsi aparırlar. məsələ ilə bağlı Qarabağ qazisi dəfələrlə Şirvan Şəhər icra hakimiyyətinə də onlardan eyni xarakterli şablon cavablar alıb. Onun ölkə başçısına baş prokurorluğa, Dövlət Təhlükəsizliyi xidmətinə Məharət Mustafayevdən yazdığı şikayət məktubları isə müəmalı şəkildə ünvanlara çatmadığını bildirir.

Qarabağ qazisi bildirir ki, Məharət Mustafayevin yalan vədlərindən bezib ona Şirvanda yaşamağa da imkan vermirlər. "Balalarıma çörək tapa bilmirəm, iş üçün sahibkarlıq fəaliyyəti üçün dəfələrlə müraciət edirəm, müraciətlərim boşa çıxır" deyə qazmiz bildirib.

Etibarlı mənbə bildirir ki, rayonda insanlar demək olar səfalət içində yaşayır, camaatın sosial durumu olduğca ağır və acınacaqlıdır. Ailələrini saxlamaq üçün müxtəlif ölkələrə xüsusəndə Bakı şəhərinə üz tuturlar, rayonda narazılıq, işsizlik pik həddədir.

Bir çox ailələrin sosial durumu o qədər acnacaqlıdır ki, atalar övladlarının uşaqlarının yanında üzü qaradır. Əlacsız qalan rayon sakinləri dərdlərini deməyə rayonda fəaliyyət göstərən bir neçə jurnalistə üz tutsalar da Məharət Mustafayev o jurnalistləri 5-10 manata ələ aldığı üçün onların problemini yazıb çəkən, ictimailəşdirən yoxdur.

Biz "Azərbaycan Reallığı" olaraq işimiz hansısa mələləni ictimailəşdirməkdir, biz yazdıq ümidvarıq ki, müəyyən qurumlar da görüb araşdırma aparıb layiqli və lazım olan qərarı verəcək. Sonda söz hüquq-mühafizə orqanlarınındır!

"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyin tanıyır!
Text-to-Speech

DİNLƏ






Şərh yaz