Axtarış...

“Baku electronics” müştəriyə qarşı dələduzluq edib? - GİLEY

“Baku electronics” müştəriyə qarşı dələduzluq edib? - GİLEY

Rəna Süleymanova adlı xanım “Baku electronics” mağazalar şəbəkəsini dələduzluqda ittiham edib.

Rəna Süleymanovanın şikayətini olduğu kimi təqdim edirik:

“Şikayətim "Baku electronics" mağazalar şəbəkəsindəndir. Yaxşı rəylərə aldanıb mən də ilk dəfə burdan, daha aydın desəm Azadlıq filialından “iPhone” markalı telefon aldım. Şikayətimin başladığı yer elə faizsiz, ilkin ödənişsiz tamailə xürafə olan reklamlarıdır. Bu proses maaşa görə dəyişirmiş. Biz telefonu alarkən ilkin ödəniş olaraq telefonun yarı qiymətini ödədik. Məsələ elə burdan başladı. Aşağı düşdüyümüz zaman satış meneceri mənə selofanı açılmış qutudan istədiyim modeli çıxarıb verdi. Güvəndiyim üçün problem yoxdur verin dedim. Universitet materiallarım köhnə telefonumda olduğu üçün hələ ki telefonu işlətməmək qərarı aldım. Telefonu aldığımın səhəri günü telefonu açanda gördüm ki ekranda cızıqlar var. Tez girib hesablarına məlumat verdim və telefonda sadəcə icloudu aktiv etdim (fikirləşdim ki, 14 gün zəmanəti var problem olsa dəyişəcəklər.Bu qaydanın iPhone-lara adi olmadığı mənə deyilməmişdi). Mənə servisin nömrəsin göndərdilər, mən də yaxınlaşdım. Servisdəki xanım ilk dəfə ekran qoruyucusunu açaraq işıqla baxdı və mənə dediki qoruyucunun altında da cızıqlar var, biz heçnə edə bilmərik, mağazaya yaxınlaşın. Yenidən mağazaya yaxınlaşanda menecer, menecerin müavini və həmin satış meneceri özü də təsdiq etdiki telefonda cızıqlar var. Mənə telefonu üzü aşağı qoymusunuz, sizin problemdir deyildi. Telefonu dəyişmək üçün 10%-20% ödəniş etməli olduğumu dedilər. Daha sonra qoruyucunu servisdəki xanımın açdığını öyrənəndə, istehsal xətası olduğunu deyib, telefondan istifadə edə biləcəyimi bildirdilər. Əgər bu istehsal xətasıdırsa deməli deffektli maldır və siz qoruyucudaki cızığı görə-görə mənə “sırımağa çalışmağınız” hansı istehsalçı etikasına uyğundur?” //365.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz