Son zamanlar vətəndaşların əsasən məişət texnikası və ev əşyalarının satışı ilə məşğul olan şirkətlərin müxtəlif şirkətlər tərəfindən aldadılması barədə mətbuatda tez-tez yazılar dərc olunur. Alıcıların istehlakçı hüquqlarını pozan şirkətlər arasında ən çox adı hallanan mağazalardan biri də “Samsung” şirkətinin rəsmi distribütoru “Baku Electronics”şirkətidir.
TİA.AZ bildirir ki,“Baku Electronics”şirkətindən çoxsaylı belə şikayətlərdən biri Banu Çiçək adlı feysbuk istifadəçisi tərəfindən paylaşılıb.
O şəxsi profil səhifəsində Baku Electronics-dən endirimlə tərəzi aldığını,lakin tərəzinin düz işləmədiyini və 22 manatlıq mala görə “Baku Electronics” tərəfindən get-gələ salındığını bildirir.
Şikayətçinin statusunu olduğu kimi təqdim edirik.
“Şikayətim Baku Electronics-dəndir.Endirimlə tərəzi aldım, mağazada yoxlamağı təkid etsəm də icazə vermədilər ki,narahat olmayın tərəzi əladır.Evə gətirdim yoxladım,məlum oldu tərəzi 2,5 kq çox göstərir! Zəmanət veriblər ,amma mən nəyə görə bu qədər əziyyət çəkməliyəm ,tərəzini aparıb gətirməliyəm?! Niyə burdan basa basa alan kimi servisə aparmalıyam? 22 manatlıq tərəzi burnumdan gəldi.Endiriminizdə başınıza dəysin.”