Axtarış...

`Sahil - S İnşaat` MTK ilə bağlı YENİ QALMAQAL... - Nazirə müraciət olundu



Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki "A - B" massivində yerləşən "Sahil - S İnşaat" MTK-nın sakinləri Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Sakinlərin müraciətində deyilir ki, həmin binanın tikintisi yarımçıq qalıb, şirkətin sahibi Taley Alaverdiyev isə dələduzluğa görə həbs edilib.

Millitv.az Anaxeber.info-ya istinadla bildirir ki, buna baxmayaraq, şirkətin keçmiş təsisçiləri - Səfiquliyev Əkbər və Səfiquliyev Heydər qardaşları yanvarın 30-u, təxminən 11 radələrində hasarlanmış binanın tikinti ərazisinə hücum edərək, sakinləri nalayiq sözlərlə təhqir edib, şərəf və ləyaqətini alçaldan ifadələr işlədiblər. Onları sakitləşdirməyə çalışan sakinlərdən bir neçəsini isə Əkbər Səfiquliyev özünün ifadə etdiyi kimi, evindəki odlu silahla öldürməklə hədələyib.

Sakinlərin nazirə müraciətində məlumat verilir ki, münaqişənin qarşısını almaq üçün 102 "qaynar xətti" nə zəng edilib, Suraxanı rayonu polis idarəsinin 33-cü polis bölməsi məlumatlandırılıb. Sakinlərin sözlərinə görə, hücum çəkən şəxslər və zərər çəkən sakinlər Suraxanı rayon Baş Polis İdarəsinə və 33-cü polis bölməsinə dindirilmək üçün aparılıblar. V. Eyvazovdan kömək istəyən sakinlər müraciətdə bildirirlər:
"Cənab nazir, Sizdən xahiş edirik ki, bu cinayətkar şəxslərin sakinlərə hücumlarının qarşısının alınması və sakinlərin onların hədə-qorxusundan qorunması üçün müvafiq tapşırıq verəsiniz" .
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz