Sabirabad rayonunun "Qardaşkənd" kəndinin sakinləri tərəfindən "DogruXeber.az"ın votsap ünvanına müraciət və videogörüntülər göndərilib.
Sakinlər müraciətində bildirir ki, "Nəinki Qardaşkənd, eyni zamanda Sabirabad rayonunun bir çox kəndlərində qaz xətti yox, telefon xətti yox, internet xətti yox, bankomat yox, ödəniş terminalı yox, poçt yox, xəstəxanası, əczaxanası - bir sözlə yaşamaq üçün heç nəyi yoxdur. Orta məktəb binası belə SSR dövründə tikiləndir. Güya yol çəkmişdilər, onu da necə çəkdilərsə, qısa müddətdə bərbad vəziyyətə düşdü."
Sakinlərin sözlərinə görə onlar dəfələrlə bu problemlərlə bağlı Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova müraciət etsələr də problemlər hələ də davam edir.
Odur ki, kəndlərdəki mövcud problemlərin aradan qaldırılması üçün "DogruXeber.az" vasitəsilə ölkə başçısından kömək kömək istəyən Sabirabad rayon sakinlərinin müraciətlərini aidiyyatı qurumların qısa zamanda diqqətə alacağına ümid edirik. //"DogruXeber.az"//