Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivində yaşayan sakinlər “Azəriqaz” ASC-yə şikayət ediblər. Sakinlər bildirir ki, massivdə qaz xətləri çəkilən zaman onların evlərin 100 metr məsafədə iş dayandırılıb. Bundan sonra massivdə yaşayan 6 ailənin mənzilinə qaz xətti çəkilməyib deyə onlar bu gün də çarəsizdirlər.
Vətəndaşlar bildirir ki, məsələylə bağlı dəfələrlə sahə nəzarətçisinə, bələdiyyəyə, icra nümayəndəliyinə şikayət etsələr də heç bir nəticə yoxdur. Ona görə də məcbur olub redaksiyamıza üz tutublar ki, “Azəriqaz” ASC rəhbərliyi onların problemini həll etsin.
Qəsəbə sakinləri deyir ki, evlərinin yaxınlığında yeni məktəb binası tikilib və məktəbin açılışına Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gəlməsi gözlənilir. Əgər belə olarsa, onlar problemlərini birinci xanıma deyəcəklər. Sakinlərin xahişi odur ki, yaxınlıqdan keçən qaz xətti vasitəsilə onların da mənzilləri qazla təmin olunsun.
Redaksiyamıza müraciət edən sakinlərin adlarını təqdim edirik:
Cəfərov Tərlan, Mirzəyev Xanhüseyn, Qiyasov Üzeyir, Quliyev Teymur, Novruzov Ramin, Abışov Məharət.
Mövzu diqqətimizdədir. //teref.az//