Lənkəranda bir məktəbliyə qarşı vəhşiliyin ardından icra başçısının müavininin vəzifəsindən alınması və eyni zamanda barəsində hüquqi işləmlərin aparılması bir müddət əvvəl Qarabağ Qazisinin intiharında əsas səbəbkar kimi diqqətə gələn Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun da aqibətinin necə olacağı haqda müzakirələrə haqlı olaraq yenidən nədən olmuşdur. Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, yaxınlarda yekun qərar veriləcək.
Mənbə dia.az-a bildirir: "Yaxın günlərdə qərar veriləcək. Məlumdur ki, Qazimizin intiharı ilə bağlı hüquqi araşdırma aparılır. Doğrudur, bu vaxta qədər aparılan istintaq işləri ilə bağlı heç bir yekun təsəlliedici nəticələrə varılmayıb. Bu dəfə isə fərqlidir və Siraqəddin Cabbarovla bağlı sərt qərarların veriləcəyi istisan deyil".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...