Azercell şirkəti hazırda haqqında ölkə üzrə ən çox şikayət edilən mobil operatordur. Son zamanlar sosial şəbəkələrdə bu mobil operatorla bağlı olaraq etirazlar, əsasən də balanslarından şübhəli vəsait tutulması halları artıb. GUNDEMİNFO.AZ xəbər verir ki, sosial şəbəkələrdə balanslarından vəsaitlərin silinməsi ilə bağlı şirkətə müraciət etsələr də müsbət nəticəsi olmayıb.
Belə şikayətçilərdən biri də, "Müştəriyəm Şikayətim Var" sosial qrupda Emin Əmrahovdur. E.Əmrahov yazır ki, vətənə olan bprcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbi xidmətə gedərkən bahalı bir nömrə alan abonent xidmətini başa vurub geri qayıdır. Və geri qayıdarkən istifadə etmək istəfiyi mobil nömrəsinin bağlı olduğunu görür. Bundan sonra da Azərcell-ə müraciət edən vətəndaşaıa cavab olaraq bildirilib ki, nömrə satışa çıxarıldığı üçün ona geri verilə bilməz. Lakin bu cavabı ilə razılaşan müştəri E.Əmrahov uzun müddətdir gözləsə də, nömrə satışa çıxarılmayıb.
Yəni ortada olan fakt ondan ibarətdir ki, Azərcell bahalı nömrə alan vətəndaşa öz nömrəsini geri vermək istəmir. Konkret ifadə etsək, iki dəfə çox pul qazanmaq istəyir. Maraqlıdır ki, hətta vətəndaş satışa çıxarılan nömrəni keçmiş sahibinə belə pulla satmaq istəmir.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Azərcell-in abunəçisi olan vətəndaşlar nömrə satışı ilə bağlı şirkətin daha çox qara bazar iştirakçıları ilə "əməkdaşlıq" etdiyini iddia edirlər. İddialara əsasən şirkətin bazara təqdim etdiyi sim nömrələr adətən rəsmi olaraq Azərcell tərəfindən qiymətləndirilmir. Stadrt bir qiymətə paket halında nömrələr satışa, qara bazar iştirakçılarına təqdim edilir. Lakin belə olan halda el arasında "zerkalnı" olan nömrələr çeşidlənərək paketdən kənar satılır.
Maraqlıdır ki, mobil nömrələrin düzülüşünə görə müvafiq olaraq Azərbaycanda heç bir qanunvericilik aktı yoxdur. Məsələn avtomobillər üçün dövlət qeydiyyat nişanı almaq istəyən vətəndaşa hrflərin və rəqəmlərin ardıcıllığına görə bəlli tariflər təqdim edilir. Qanunla bu qayda tənzimlənir. Lakin mobil nömrələrin satışında isə operatorlar adətən ardıcıl və bir birini təkrarlayan, bol 0-lardan ibarət nömrələri qara bazara satışa çıxarır. Satışa çıxarılan nömrələrdən əldə edilən gəlirlər haqqında isə adətən stadrt aşağı qiymət göstərilir. Bunun əsasında da dövlətin vergi orqanlarına əldə edilən gəlir hesabatları verilir. Hansı ki, məhz elə Azərcell-in "qara-bazar" iştirakçıları ilə əlbir olaraq "zerkalnı" nömrələrindən milyonlar qazanır.
Mövzu ilə bağlı araşdırmslarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //GUNDEMİNFO.AZ//