Paho, sən demə, hamam suyu ilə özünə dost qazanmaq xüsusiyyəti Naxçıvan Dövlət Universitetinin çoxbilmiş rektoru Elbrus İsayevin köhnə şakəri imiş. Bunu redaksiyamıza ünvanlanan bir məktubda irəli sürülən iddialar da təsdiqləyir.
Universitet müəllimləri adından yazılan məktubda deyilir:
“Elbrus İsayev Naxçıvan Dövlət Universitetində rektor vəzifəsinə gələndə, açığı düşündük ki, bu təhsil ocağında bəzi korrupsiya faktlarının qarşısı alınar. Ama gözləntimiz nəinki özünü doğrultmadı, Elbrus İsayevin sayəsində NDU-da özbaşınalıqların həm sayında, həm də məzmununda artışlar çoxalmağa başladı. Ən gülünc olanı, bilirsiniz, nə idi? Seymur Talıbovun Beynəlxalq Əlaqələr üzrə prorektor təyin olunması idi.
Bu gün NDU-da baş verən cinayətlərdən söz düşəndə Elbrus İsayev öz tərəfdarlarının diliylə tez yaxasını kənara çəkib “əşi, rektor neyləsin, universitetdə yaşanan bütün neqativliklərin arxasında Seymur Talıbov dayanırdı” deyə şivən qoparırlar. Yəqin zənn edirlər ki, Elbrus müəllim bütün tədbirlərdə, iclaslarda hər zaman xanın oğlu “xanzadə”nin gəlişini böyük intizarla gözləyir, o, təşrif buyurandan sonra tədbiri açıq elan edirdi. Hətta “xan” oğlunun qabağına qaçıb kimi yaltaqcasına az qala iki qat əyilirdi.
Univetsitetdə işləyən və oxuyan hər kəsə bəllidir ki, qabilliyət və digər imtahanlardan, yığılan rüşvətlər bir başa Elbrus İsayevin əli ilə çatdırılırdı Seymur Talıbova. Bu ali təhsil ocağında ən böyük korrupsiya ocağı sayılan İncəsənət fakültəsinə rəhbərliyi öz kirvəsinə də məhz bu məqsədlə həvalə etmişdi. Elbrus müəllimin İncəsənət fakültəsinə təyin etdiyi dekan İsmayılov Caviddir ki, musiqi ilə əlaqəsi belə yoxdur. Cavid İsmayılovun təyinatından sonra fakültədə fakültəlik qalmayıb, tamamilə bazara çevrilib. Çiçəyi burnunda dekan ona verilmiş maksimum toxunulmazlıqlardan istifadə edib dərsə, imtahana belə gəlməyən tələbələrdən semestr ərzində 1500-2000 manat məbləğində pul alıb kirvəsi Elbrusa çatdırmaq işini indi belə davam etdirir. Yeri gəlmişkən, Cavid İsmayılov da az aşın duzu duzu deyil. O da pedoqoji təcrübəyə gəlməyən tələbələrdən eyni qaydada pul qazanırdı. Yəni bu tələbələrdən 1500-2000 manat civarında pul alaraq kirvəsinə fırıldaq gəlib həmin qənimətləri özü basıb yeyir. Müəllimləri məcbur edir ki, imtahanda mən nə qiymət deyirəm onu yazın. Sonra hədə-qorxu gəlib onlardan da külli miqdarda rüşvət yığır. Bir sözlə, bu universitetdə rüşvətxorluğa zəmin yaratmayan elə bir sahə yoxdur ki, Elbrus müəllim ondan yun qırxmasın.
Bütün bunlara baxmayaraq, Elbrus İsayev və komandası özlərini reklam etməyi də yaxşı bacarır. Bu məqsədlə o, əməlli-başlı trol dəstəsi belə yaradıb. Azərbaycan Universitetləri səhifəsində NDU barədə bir paylaşım olan kimi bütün dekanlar tələbə və müəllim kollektivini hərəkətə gətirib tapşırırlar ki, Elbrus müəllimi nəyi var, tərifləsinlər. Bu tərif yarışında çox gülünc və cılız görünürlər. Burdan Elm və Təhsil Nazirindən xahiş edirik təhsildən xəbəri olmuyan rüşvətxorları Naxçıvanın təhsil sistemindən, xüsusilə də NDU-dan uzaqlaşdırsınlar. Təhsildə rüşvətxorluğa son qoyulsun!”
Məktubda həmçinin vurğulanır ki, NDU-da qurulan bu təbliğat piarı şəbəkəsinə görə, Elbrus İsayev müəllimlər arasında “Reklam Elbrus” adıyla tanınır. //ovqat.com//