Axtarış...

NDU-nun sabiq rektoru “Azərbaycanın Ali Məhkəməsi kimdir ki, Naxçıvanın işinə qarışır?”, - dedi - ADAMIN BAŞI QAÇIB...

NDU-nun sabiq rektoru “Azərbaycanın Ali Məhkəməsi kimdir ki, Naxçıvanın işinə qarışır?”, - dedi - ADAMIN BAŞI QAÇIB...


Sənətşünas alim Bənövşə Rzayeva Naxçıvan dərəbəyliyi barədə yazır:

28 ilə yaxın Naxçıvan Dövlət Universitetində baş müəllim işləmişəm. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentəm, 50- yə yaxın elmi məqaləm, ali və orta musiqi məktəbləri üçün dərs vəsaitim, eləcə də şifahi xalq ədəbiyyatına və folklorşünaslıq elminə yeni nəfəs verən monaqrafiyanın, metodik tövsiyənin müəllifiyəm.

Hələ tələbə ikən Şuşa şəhırində musiqi texnikumları arasında keçirilən lV Respublika müsabiqəsinin laureatı olmuşam.

2015-ci ilin 2-ci semestri çalışdığım fakultənin dekan müavini ( İsa Həbibbəylinin dostu Həmzə Cəfərovun kürəkəni) Amil Əsgərov və sabiq universitetin rektoru Saleh Məhərrəmovla tərtib etdiyim imtahan suallarını saxtalaşdırdıqlarına görə mübahisəmiz oldu. Bu mübahisə onların qeyri-qanuni hərəkətlərinə görə bir neçə dəfə təkrarlanmışdır.

A.Əsgərov sonda qaynatasına və himayəçisinə arxalanaraq məni işdən və həmçinin yaşadığım Naxçıvan şəhərindən ailəlikcə didərgin salınmağımıza nai olmuş və bununla da açıq şəkildə məndən qisas almışlar. Bununla bağlı bir neçə il həmin tərəflə Məhkəmələrdə çəkişmələrimiz olmuşdur. Naxçıvan şəhər Məhkəməsi və Ali Məhkəməsi mənim hüqualarımı tapdalayaraq qarşı tərəfin xeyrinə olan qərar qəbul etmişdir. Son olaraq kassassiya şikayətim Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 dekabr 2017- ci il tarixli qərarı ilə təmin olunmuş, Naxçıvan MR Ali Məhkəməsinin barəmdə olan müvafiq qərarı qanunsuz olduğundan onu ləğv etmişdir. Həmçinin həmin Məhkəmənin qərarı ilə işdən didərgin salınmağıma səbəb kimi göstərilən Naxçıvan Dövlət Universitetinin elmi- şurası xəbərim və iştirakım olmadan keçirilən 03 mart 2015- ci il tarixli qərarının cavabdeh tərəfindən mənə təqdim edilməsi qət olunmuşdur.

Sonradan sözügedən qərarla bağlı Naxçıvan DU-də olarkən sabiq rektor A.Əsgərovun yaxın dostu Saleh Məhərrəmov məni hirslə qarşılayıb dedi ki, Azərbaycan Ali Məhkəməsi kimdir ki, mənim işlərimə müdaxilə edir. Naxçıvanın öz Məhkəməsi var və sənin barəndə o, ədalətli qərarı verib. Qoy, Azərbaycan Məhkəməsinin canı çıxsın necə ağlına gələn qərar çıxarıbsa, elə də zəhmət çəkib elmi- şuranın qərarını sənə versin.

Aradan uzun illər keçməsinə baxmayaraq bu günədək çoxsaylı şikayətlər etsəm də, barəmdəki sözügedən elmi- şuranın qərarını ala bilmirəm. Bu barədə Azərbaycanın bütün səlahiyyətli orqanlarına etdiyim şikayətlər isə baxılması üçün bir qayda olaraq Naxçıvana göndərilir, orada isə şikayətlərimə baxılmır. Sonda dolayı yolla mənə izah etdilər ki, Nax.MR rəhbərliyi bu işdə maraqlı olduğundan onlar isə buyruq qulları olduğundan heç nə edə bilmirlər.

Bu işdə bir ictimai xadim kimi mənə kömək etməyinizi çox xahiş edirəm.

Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

Bənovşə Rzayeva
Sənətşünas alim //ovqat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz