Hamının yaxşı yadında olar, bir neçə il əvvəl Azərbaycan Dövlət Pedoqoji Universitetinin ( ADPU ) Bəhlul Ağayev adlı bir rektoru var idi.
Bütün mətbuat onu “bazarkom” adlandırırdı. Jurnalistlər yazırdı ki, ADPU Bəhlul Ağayevin univermağıdır. Onda hələ supermarketlər moda minməmişdi.
Bəli, arada Yusif müəllim də rektor oldu.
Ancaq vəziyyəti düzəltmək üçün sonda Turizm Universitetinin rektoru Cəfər Cəfərovun üzərində dayanmalı oldular.
Və Cəfər Cəfərov ADPU-ya rektor təyin olundu. Onun rektor təyin olunmasında keçmiş tələbə yoildaşı, Prezidentin o zamankı köməkçisi Əli Hədsənovun da xeyli xidməti oldu.
Əli Həsənov yuxarıları inandırmışdı ki, Cəfər Cəfərov əsl islahatçıdır, Allah qoymasa reformatordur. Həm də guya təmiz adamdır.
Məlumat üçün onu qeyd edək ki, Cəfər Cəfərov 1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, “Azərbaycan tarixi” kafedrasının müəllimi, baş müəllimi 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.
Sonra qəfildən 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2003-2004-cü illərdə Əli Həsənovun “obyekti” olan Beynəlxalq Mətbuat Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
Sonra Azərbaycan Respublikasında yoxsulluğun azadılması... layihəsinin milli koordinatoru olmuşdur.
2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun rektoru, 2014-2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifələrində çalışmışdır.
Bəli, əbəs yerə yazmadıq ki, Cəfər Cəfərov yoxsulluğun azaldılması üzrə milli kordinator olub. Və ADPU-ya rektor təyin olunan kimi yoxsulluğun daşını atmaq və bir neçə ildə milyonçuya çevrilmək barədə düşündü.
Nə pedoqogika, nə təhsil, nə tələbə-filan...
Cəfər Cəfərov rektor təyin olunan kimi nə qədər savadsız qohum-əqrəbası vardısa, hamısını doldurdu ADPU-ya.
Daha doğrusu, əvvəlcə ADPU-da çalışan savadlı, təcrübəli kadrları uzaqlaşdırdı.
Təsəvvür edirsiniz, ADPU-nun tanınmış professoru fizika fakültəsinin dekanı vəzifəsindən azad edilir və yerinə bir gün də dərs deməyən laborant Arzu Daşdəmirov təyin olunur.
Arzu Daşdəmirov kim olsa yaxşıdır ?
Cəfər Cəfərovun arvadının əmisi oğlu.
Bəli, laborant Cəfər Cəfərov ADPU-da elmi “çiçəkləndirir”.
Cəfər Cəfərov sonra bibisinin nəvəsi Çinar Qaybalıyevi təsərrüfat üzrə məsul vəzifəyə qoyur.
Allah qoymasa o biri bibisinin nəvəsi 25 yaşlı Ümid Mehdiyevi maliyyə işləri üzrə prorektor təyin edir.
Bəs, deyirsiniz bu ölkədə Korrupsiya haqqında qanun var əə...Nooldu sizin qanununuz ?
Bəli 25 yaşlı prorektor o qədər barıtı çox eləyir, külli miqdarda yeyintiyə yol verir ki, aləm qarışır bir-birinə.
Və Cəfər Cəfərov onun yerini dəyişir və özünə müşavir təyin edir.
Bir sözlə, Cəfər Cəfərovun “qadro” siyasəti davam edir.
Ədliyyə nazirlriyindən qovulan Aydın Kərimovu ADPU-ya hüquqşünas qoyur.
Nə isə saymaqla qurtaran deyil.
ADPU-nin müəllimləri deyir ki, Cəfər Cəfərov peşəkar yalançıdır.
Eyy Cəfər Cəfərov, bundan artıq insana nə söz deyərlər ?
Deyilənə görə 22 min tələbəsi olan ADPU-nun kollektivi sənə nifrət edir.
Sonda onu qeyd edək ki, Cəfər Cəfərov işdən qovulan Əli Həsənovun əməkdaşları Tahir Süleymanov və Ərəstun Mehdiyevi ADPU-da yüksək vəzifələrə gətirib. Prezident Administrasiyasında yarıtmaz fəaliyyətinə görə işdən azad olunanları Cəfər Cəfərov necə yüksək postlara gətirib.
Cəfər Cəfərov kimə qulluq edir: Əli Həsənova, yoxsa..? //gundelik-baku.com//