BDU-nun rektoru Abel Məhərrəmovun vəzifədən getməsi universitet tələbələri arasında ajiotaj yaradıb.
“Kommersant.az” xəbər verir ki, BDU-nun rektoru Abel Məhərrəmovun vəzifədən getməsi universitet tələbələri arasında ajiataj yaradıb. Belə ki, imtahanlara az müddət qalması və yeni sistemin qurulmaması tələbələr arasında birinci smestr imtahalarının təxirə salınacağı ilə bağlı şaiyələrin yaranmasına səbəb olub.
Məsələni aydınlaşdırmaq məqsədilə təhsil eksperti Şahlar Əsgərovla əlaqə saxladıq. Ekspert məsələnin mürəkkəbliyini qeyd edərək bütün yaranmış problemləri qanunvericiliklə əlaqələndirdi:
“Universitetə yeni rektor təyin olunana qədər bu kimi çox məsələlər müzakirəyə çıxarılacaq. Vəzifədən getmiş biri haqqında isə nə qədər istəsəniz danışmaq olar. Ona görə də müzakirə mövzusu bu olmamalıdır. İmtahanlarla bağlı nəsə demək çətindir. Amma düşünürəm ki, problem qanunvericilikdədir. Əgər bir rektor vəzifədə 19-20 il qalırsa, orada uzunmüddətli inkişafın olması çətin məsələdir. Bu hazırkı vəziyyətdə digər universitet rektorları üçün də keçərli olmalıdır. Təbii ki, sistemin dəyişməsi ilə universitetdaxili bir çox qaydalar dəyişəcək. Eyni zamanda prorektorlar da təbii olaraq yeniləri ilə əvəz olunacaq. Lakin dediyim kimi hazırda imtahan və daxili qaydalarda hansı dəyişikliklərin olacağı sual altındadır”.