Məşhur "Bəxtiyar" filmindəki populyar səhnələrdən biri Bakıda yaşanılıb desək, yanılmarıq. DİA.AZ bildirir ki, bu barədə Cavid Gözəlov adlı musiqiçi "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edib.
Narazı vətəndaş yazır: " Mən gitara və vokal ifaçısıyam. 31 dekabr 2022-ci ildə Zabitlər parkında yerləşən Xarı-bülbül adlı restoranda bir neçə saat çıxış etdim və mənə haqqım ödənilmədi. Ödənişi kart vasitəsilə 1-2 saat sonra edəcəklərini bildirdilər. Yol pulum belə yoxdur desəm də, mənə heç bir ödəniş olunmadı. Bayram günü gecə saat 4-ə kimi evə gedib çıxa bilmədim. 3-4 gün ard-arda zəng etsəm də, “göndərəcəyik” deyib dəstəyi asdılar. Polis qohumuma müraciət etdim, həll edəcəm desə də, heç nə etmədi. Kimə, hara müraciət edim, bilmirəm. Dəstəyinizə ehtiyacım var".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...