Şəkildə gördüyünüz XVIII əsrə aid Səkkizguşəli türbə - ikinci adı Güloğlular türbəsidir.
Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşir.
O Güloğlular kəndi ki, bir neçə gün əvvəl bəzi sakinləri "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramının şərh bölməsində məişət tullantılarının atılması üçün sakinlərdən pul yığılmasından gileylənirdi.
"Niko Tunc" adlı istifadəçi yazır ki, kənddə bələdiyyənin ümumiyyətlə heç bir fəaliyyəti yoxdur. Yalnız, seçki vaxtı bizim də kəndimizdə belə bir qurumun olduğunu xatırlamış oluruq".
Bundan əlavə sözügedən istifadəçi yazır ki, "Bərdə rayonunun Güloğlular kəndində kim 3 manat verirsə onun zibilini atırlar, yaxud, kimin maşını varsa, özü aparıb atır. Amma, pulu və maşını olmayanların zibili küçədə iylənir ".
Kənd sakininin sözlərindən belə başa düşülür ki, 18-ci əsrdən bəri tarixi türbəni yaşadan kəndin bugünü "yaşamaq üçün sürünmək" məcburiyyəti qarşısında çırpınıb durur.
Hər dövrün şairi rəhmətlik Mirzə Ələkbər Sabir demişkən:
"Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz."
Doğrudan da əcnəbinin məişət tullantılarını yerində istehsal edib, yaşam üçün lazımlı bir əşyaya çevirdiyi bir dövrdə, bizim bir çox bölgələrimizdə zibillər sovetin istifadə müddətini çoxdan başa vurmuş köhnə "Qaz-53" avtomobilləri ilə şəhərin kənarına daşıyıb, anti-sanitar şərait yaradılır, kəndlərdə də ya hərə bir balaca quyu qazıb, ora atır, ya da toplayıb həyət qapısının qarşısında yandırır.
"Kim 3 manat verməsə, zibili qapısında iylənir" - Bərdə sakini gileyləndi
Beləliklə, evini, həyətini təmizləmək istərkən, havanı çirkləndirmiş olur. Bu da o, deməkdir ki, vətəndaşların məcburiyyətdən etdiyi bu kimi ekoloji yaşama zidd hərəkətlərin səbəbkarı birinci növbədə Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Kommunal Təsərrüfat Birliyi, kəndlərdə icra nümayəndəliyi və bələdiyyələrdir.
Yeri gəlmişkən, bu cür vəziyyət heç də paytaxtdan kənar bölgələrimizdə deyil, elə Paytaxt Bakıda - Sabunçu, Yasamal və digər bir neçə rayonlarda da belədir ki, məişət tullantıları günün günorta çağı kiçik yük avtomobilləri (Kamaz) ilə üfunət qoxusunu ətrafa yaya-yaya şəhərin içində hərəkət edirlər. Qeyd edək ki, bu barədə əvvəllər də "DogruXeber.az"da məlumat dərc edilib.
Həmçinin, Binəqədi rayon Xocahəsən qəsəbəsində günlərlə toplanıb qalan, aşıb-daşan, ətrafı da çirkləndirən, çirkli suları küçələrə axıb, ətrafı üfunətə qərq edən zibil qablarının yaratdığı mənzərəni də çoxsaylı izləyicilərimiz də görmüş olar yəqin ki...
Xocahəsən qəsəbəsindəki yuxarıda təsvir etdiyimiz mənzərəyə ətraf sakinlər "Yazın, qurban olum, bəlkə bundan sonra yığışdıralar" deyə, "yaxa çəkdikləri" halda, ərazi üzrə icra nümayəndəsinin müavini sakinlərin zibil qabların ətrafına artdığından, qabların boş olduğundan gileylənmişdi" ki, biz buna "gözümüzün gördüyünü bizə dandırmağa cəhd" deyirik.
Əslində, bəzi yerlərdə müavinin dediyi mənzərələrə də rast gəlmək mümkündür. Bəzən vətəndaşların özləri də ətrafda anti-sanitar vəziyyət yaradırlar. Çünki, bu barədə lazımi biliklərə malik deyillər. Başqa ölkələrdə olduğu kimi bizdə bu sahədə maarifləndirmə tədbirləri, yaxud dövlət televiziyalarında maarifləndirici proqramlar yayımlanmır.
"Kim 3 manat verməsə, zibili qapısında iylənir" - Bərdə sakini gileyləndi
"Yemək və oynamaq. Bir də güldürmək məqsədli - lakin zəhmətləri boşa gedən el dilində desək, "şit komediya "".... Vəssalam.
Əlqərəz.
Mövzudan yayınmadan, bunu da xüsusi vurğulamaq istəyirik ki, təbii ki, mövzunun girişində qeyd etdiyimiz məsələdə cavabdeh olan ilk növbədə aidiyyatı qurumların Güloğlular kəndi üzrə nümayəndələri - İcra nümayəndəsi və bələdiyyə sədridir.
Yeri gəlmişkən, məsələdə məsul tərəflərin də mövqeyini dinləməyə hazırıq.
DogruXeber.az