Axtarış...

Orta əsr memarlığının ən qiymətli abidələrindən biri Bərdə İmamzadə türbəsi

Məlumatlara görə buradakı türbədə V İmam Məhəmməd Bagirin qız nəvəsi İsmayıl dəfn olunub. İmamın üçüncü oğlu İbrahim Gəncə şəhərində yerləşən Göy İmamzadədə dəfn olunmuşdur.

Orta əsr memarlığının ən qiymətli abidələrindən biri Bərdə İmamzadə türbəsi

MilliTV.az

Bərdə İmamzadə türbəsi Azərbaycan Respublikasının Bərdə şəhərinin mərkəzində yerləşən türbə və məsciddir. Azərbaycanda XIV əsrdə tikilən yeganə dörd minarəli məscid olan bu abidə akademik Dornun fikrincə “İlkin olaraq ziyarətgah-türbə formasında olmuşdur”. Sonralar yəni, XVIII əsrdə ətrafında məscid tikilmişdir.

Məlumatlara görə buradakı türbədə V İmam Məhəmməd Bagirin qız nəvəsi İsmayıl dəfn olunub. İmamın üçüncü oğlu İbrahim Gəncə şəhərində yerləşən Göy İmamzadədə dəfn olunmuşdur.

Görkəmli alim Abbasqulu Ağa Bakıxanov “Gülüstani–İrəm” əsərində Bərdədə müqəddəs ziyarətgah yeri olduğunu göstərmişdir. İmamzadə məscidinin kərpiclərinin fiqurlu düzülüşü, tikintidə daşla kərpicin əlaqələndirilməsi, eləcə də kaşıdan istifadədən Bərdə türbəsinin (1322-ci ildə tikilib) təsir görünür.

Bərdə İmamzadə türbəsi 1868-ci ildə görkəmli memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən yenidən qurulmuşdur.

Qarabağ memarlığının inkişafında xüsusi xidməltəri olan Kərbalayi Səfixan Qarabaği inşa etdikləri tikililərdə xüsusi ilə məscidlərdə İran memarlığına xas olan konstruktiv elementlərlə əlaqələndirmişdir. İmamzadə məscidinin ətrafında bir neçə tarixi əhəmiyyət kəsb edən abidə var. Bunlardan biri də məscidin 20 metr şimal istiqamətində yerləşən Bəhmən Mirzə Qacar türbəsidir. Fətəli şahın nəvəsi, Abas Mirzənin oğlu tarixşünas alim Bəhmən Mirzə Qacar 1884-cü ildə Şuşada vəfat edib.


Mirzəağa Həsənalı oğlu

Text-to-Speech

DİNLƏ






Şərh yaz