Kəlbəcərin əksər məktəblərində "ölü can"ların olması barədə məlumat vermişdik.
AMİA. AZ xəbər verir ki , bərbad idarə edilən rayon təhsilində elə məktəblər vardır ki, işə gəlmədən maaş alan psixoloqların bircə dəfə üzlərini görmək üçün onları axtarır.
Məsələn: Bərdə rayon Nəcəfqulubəyli kəndi, 119 nömrəli tam orta məktəbin direktoru İkram Məmmədov psixoloqu axtarsa da tapa bilmir. Məktəbin psixoloqu Bakı şəhərində yaşaya-yaşaya uzun müddətdir maaş yazılır.
Bərdə rayon Təhlə kəndi, 120 nömrəli tam orta məktəbin direktor Duman Zeynalov da psixoloq Mehriban Qarayevanın Gəncə şəhərində yaşamaqla işə getmədən maaş almasına "gözünü yumur".
Mingəçevir şəhər, 114 nömrəli ümumi orta məktəbin psixoloqu Məhəmməd Quliyev də Gəncə şəhərində yaşamaqla işə getmədiyi iddia edilir.
Tərtər rayon Şıxarx kəndi 127 nömrəli ümumi orta məktəbin direktoru Yaşar Məmmədov psixoloq Cəbrayılov Arazı "yola verir", psixoloq Gəncədə yaşayır, işə getmir deyə onu gördüm deyən azdır.
Bərdə rayon Lənbərən kəndi, 39 nömrəli tam orta məktəbin direktoru Məmmədov Əfqanın da psixoloqu Bakıda yaşayır, direktor sinif müəllimi olmaqla və Bakı şəhərində yaşamaqla ilboyu dərsə gəlmədən maaş aldığı üçün paytaxtdakı psixoloqa da söz deyə bilmir.
AMİA. AZ saytı inanır ki, təhsil nazirliyi Kəlbəcər məktəblərində adı olub özü olmayan psixoloqların fəaliyyətinə diqqət ayıracaq.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.Demokratik.Az