İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana gedib.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Səfir iki ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı nazirə hesabat təqdim edib.
Görüşdə Hüseyn Əmir Abdullahian İran Hökumətinin qonşularla sıx və yaxşı münasibətlər siyasəti kontekstində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayıb. Eləcə də Müştərək Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində lazımi göstərişləri verib.